Üzeyir Hacıbəylinin yubileyi münasibətilə çap edilən kitabların təqdimatı keçirildi

Üzeyir Hacıbəylinin yubileyi münasibətilə çap edilən kitabların təqdimatı keçirildi
23 dekabr 2025
# 13:37

Azərbaycan Bəstəkarlar İttifaqında dahi Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyi münasibətilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Memarlıq və İncəsənət İnstitutunun “Musiqi tarixi və nəzəriyyəsi” şöbəsinin yeni nəşrlərinin təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə yeni çap olunmuş Zemfira Səfərovanın “Патриарх азербайджанской музыки Узеира Гаджибейли” (“Azərbaycan musiqisinin patriarxı Üzeyir Hacıbəyli”) və “Üzeyir Hajibeyli Life and Creative Career” ( “Üzeyir Hacıbəyli. Həyatı və yaradıcılıq fəaliyyəti”), Ülkər Talıbzadə “Akademik Zemfira Səfərova”, Lalə Kazımova “Füzuli qəzəlləri Azərbaycan musiqisində”, Sehranə Kasimi “Azərbaycan musiqisinin inkişafı: mədəni tarixi kontekstdə təhlil” kitablarının təqdimatı olub.

Qeyd edilib ki, bu kitabların hər birinin işıq üzü görməsində Üzeyirşünas alim AMEA-nın həqiqi üzvü, Əməkdar incəsənət xadimi, Əməkdar elm xadimi, sənətşünaslıq elmlər doktoru, professor Zemfira Səfərovanın böyük rolu var. Məhz buna istinad edərək Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə Zemfira Səfərovanın kitablarının Azərbaycan musiqişünaslıq elminin inkişafı sahəsində xüsusi xidmətlərini qeyd edib. Təqdim olunan kitabların milli musiqişünaslıq elminə böyük töhfə olduğunu vurğulayıb.

Təqdimatda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Ərtegin Salamzadə çıxış edərək yeni nəşirlərin məziyyətlərindən danışıblar.

Sonra sənətşünaslıq üzrə elmlər doktoru, professor Nailə Rəhimbəyli “Zemfira Səfərovanın “Üzeyir Hajibeyli Life and Creative Career” kitabı haqqında”, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülkər Talıbzadə “Akademik Zemfira Səfərovanın rəhbərliyi ilə Musiqi tarixi və nəzəriyyəsi şöbəsinin 2025-ci il elmi nəticələri və 5 yeni nəşri”, sənətşünaslıq üzrə elmlər doktoru, professor İradə Köçərli “Ülkər Talıbzadənin “Akademik Zemfira Səfərova” kitabı haqqında”, musiqişünas Raya Abbasova “Zemfira Səfərovanın “Патриарх азербайджанской музыки Узеира Гаджибейли” kitabı haqqında” məruzələr dinlənilib.

Bədii hissədə bəstəkar Sevda Məmmədli Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının mövzuları əsasında “Fantaziya”sını ifa edib.

Bu maraqlı ifadan sonra akademik Zemfira Səfərova çıxış edərək Üzeyir musiqisindən təsirləndiyini və daim bu musiqidən xüsusi ilham aldığını belə ifadə edib: “20 il bundan öncə Bəstəkarlar İttifaqında Üzeyir bəyə həsr olunan kitabımın təqdimatı idi. O zaman Xalq artistləri Xuraman Qasımova və Azər Zeynalov Üzeyir bəyin “Arşın mal alan” operettasından “Elə bənd oldum” duetini ifa etdikdən sonra mən də dedim ki, Üzeyir bəy irsinə elə bənd olmuşam ki, 40 ildir onun cazibəsindən çıxa bilmirəm. Bu gün həmin fikrin üstünə 20 il də əlavə edilib. Bəli, 60 ildir ki, Üzeyir bəy musiqisinin cazibəsi məni özünə ram edib”.

Üzeyir bəylə bağlı öz tədqiqatlarından danışan Zemfira xanım digər müəllifləri də yeni kitabların işıq üzü görməsi münasibətilə təbrik edib və tədbirin təşkilində iştirakı olan və eləcə də təqdimat mərasimində çıxış edən hər kəsə öz təşəkkürünü bildirib.

Görkəmli Xalq yazıçısı Anar müəllim də tədbirin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirib.

# 585 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı İlham Əzizin "Qəvvas" romanının təqdimatı keçirildi

Yazıçı İlham Əzizin "Qəvvas" romanının təqdimatı keçirildi

19:30 11 aprel 2026
Rəşad Məcid "Ulduzlu görüşlər"in qonağı oldu

Rəşad Məcid "Ulduzlu görüşlər"in qonağı oldu

15:50 11 aprel 2026
Selin Dionun konsert bileti üçün milyonlarla müraciət qeydə alındı

Selin Dionun konsert bileti üçün milyonlarla müraciət qeydə alındı

15:30 11 aprel 2026
"Sarı mətbuat"dan meyarlar zirvəsinə - Pulitser mükafatı haqqında maraqlı faktlar

"Sarı mətbuat"dan meyarlar zirvəsinə - Pulitser mükafatı haqqında maraqlı faktlar

15:00 11 aprel 2026
Parisdə  Pikassonun tablosu 100 avroya satılacaq - Səbəb

Parisdə Pikassonun tablosu 100 avroya satılacaq - Səbəb

14:30 11 aprel 2026
Eyfel qülləsinin orijinal spiral pilləkəninin bir hissəsi hərraca çıxarılacaq

Eyfel qülləsinin orijinal spiral pilləkəninin bir hissəsi hərraca çıxarılacaq

12:30 11 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər