"Pul versəydin, sən də keçərdin" – O, hamıdan rüşvət tələb edir

"Pul versəydin, sən də keçərdin" – O, hamıdan rüşvət tələb edir
25 iyul 2025
# 18:43

Kulis.az Yalçın İslamzadənin yeni yazısını təqdim edir.

Üfüqünün genişliyi uzağı 100 metr, düşüncəsinin dərinliyi ən çoxu 1 sm olan biri layiq olmadığı mövqeni tutur.

Belə bir mövqedəki cılız insan, bir insanın, cəmiyyətin, ölkənin, bəşəriyyətin min bir əziyyətlə əldə etdiyi dəyərlərin üstündən xətt çəkir. Çünki o dəyərlərin əhəmiyyətini və ərsəyə gəlməsindəki çətinlikləri idrak etmir.

Ya patolojik vəziyyətə gəlmiş eqosentrizm, güc zəhərlənməsi, mənəm-mənəmlik, dərin travma və komplekslərin təzahürü olan narsisizm, böyüklük maniyası səbəbiylə, ya da kiçik alverçinin 3-5 manat qazanc əldə etmək motiviylə.

Məsələn, universitet rektorunun çaşıb (Freydə görə əslində, çaşma olmur, şüuraltının üzə çıxmasıdır) "Pul versəydin, sən də keçərdin" deməyi. Bir tələbənin min əziyyətlə, yarı ac, yarı tox oxuyub savad qazanmağı sayılmır, pul verməlidir. Pul verən və oxumayan tələbə də imtahanı keçər. Bu halda pul, savadlı ilə savadsızı eyniləşdirərək çürüdücü təsirə malik olur. Yaxud nepotizm.

Bir gənc illərlə əziyyət çəkir, ailəsi ona göz tikir, ancaq vicdansız biri deyir ki, mənim üçün sənin keçmişin, əziyyətin, şirkətə verəcəyin fayda vacib deyil. Üstündən xətt çəkirəm. Qohumun xatirinə. Bizim ölkədə ədalət anlayışı heç vaxt rüşvət, nepotizm, yerliçilik xəstəliklərinə qalib gələ bilmədi.

Türkiyədə LGS imtahanında bəzi dini liseylərdə çoxsayda şagird tam bal alıb. Heç xəta etməyiblər. İmtahan suallarının verildiyi məsələsi gündəmə gələndə təhsil naziri bu iddianı ortaya atanlara "Gerizekalı" dedi, sonra 29 şəxsi bu məsələyə görə işdən çıxarmalı oldu. İndi də məsələnin üstünü açan Cumhuriyyet qəzeti müxbirinə cinayət işi açıblar.

Dini liseyin şagirdləri LGS balı ilə tutaq ki prestijli liseylərə qəbul olundular. 1. Özləri oxuya bilməyəcəklər, çünki aldıqları bal onlara verilib. 2. Girdikləri liseylərin səviyyəsi aşağı düşəcək. 3. Bu liseylərdə oxumağa haqqı olan onlarla insanın haqqını tapdamış olacaqlar.

Bəs "ədalət" və "inkişaf" niyə yaddan çıxdı?

Eyni məntiqlə onillərlə, min bir əziyyətlə qurulmuş, dünyanın ən peşəkar ordularından birinə, azad mətbuata, məhkəmə sisteminə, sərbəst bazarda rəqabət apara bilən şirkətlərə qarşı sındırma-mənimsəmə əməliyyatları keçirdilər.

Türkiyənin qazandıqlarının həvəslə üstündən xətt çəkirlər. Çünki kriteriyaları bəsit insanın meyarıdır, "Bizdəndir, deyil?"

Bu gücü hardan alırlar? Mühakimə qabiliyyəti olmayan, hipnoz edilmiş kütlənin qeydsiz-şərtsiz dəstəyinə əsaslanaraq.

# 1660 dəfə oxunub

Oxşar xəbərlər

Qəbələdə XV Beynəlxalq Musiqi festivalının növbəti konsert proqramı keçirildi

Qəbələdə XV Beynəlxalq Musiqi festivalının növbəti konsert proqramı keçirildi

18:53 30 iyul 2026
Xanəndə Aqil Məlikov xəstəxanaya yerləşdirildi

Xanəndə Aqil Məlikov xəstəxanaya yerləşdirildi

18:04 30 iyul 2026
Həyatımın ən məsum illərini qoyub getdiyim məkan - Aidə Ramizqızı

Həyatımın ən məsum illərini qoyub getdiyim məkan - Aidə Ramizqızı

16:50 30 iyul 2026
“GabalaFest”də Vyetnam musiqisi

“GabalaFest”də Vyetnam musiqisi

16:13 30 iyul 2026
Bəşəri analıq hissi - Henri Murun məşhur heykəli nəyi anladır?

Bəşəri analıq hissi - Henri Murun məşhur heykəli nəyi anladır?

15:50 30 iyul 2026
"Sevgidə nə qədər eqoistlik var imiş..." - Emili Brontenin "Tufanlı yoxuşlar"ından bir hissə

"Sevgidə nə qədər eqoistlik var imiş..." - Emili Brontenin "Tufanlı yoxuşlar"ından bir hissə

15:30 30 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər