Prezident İlham Əliyev: "Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir"

Prezident İlham Əliyev:  "Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir"
19 iyul 2025
# 20:42

"Sizi və həmkarlarınızı yubiley münasibətilə təbrik edirəm".

Kulis.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə bildirib.

Dövlət başçısı Azərbaycan mediasının inkişafının onu çox sevindirdiyini deyib: “Mən çox şadam ki, bizim mediamız bu gün nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvidə çox böyük nüfuz qazanıb. Bunu tam səmimiyyətlə deyirəm, sizə xoş söz demək üçün yox”.

Prezident İlham Əliyev qeyd edib ki, bu gün Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir: “Azərbaycana qarşı olan əsassız ittihamları arqumentlərlə, ciddi təhlillə, faktlar əsasında ifşa etməkdə də böyük uğurlar əldə edib. Bizim mediamız nəinki dövlət maraqlarını müdafiə edir, eyni zamanda, lazım gəldikdə hücuma da keçir. Bu da lazımdır. İdmanda bəzən deyirlər ki, ən yaxşı müdafiə hücumdur. Mən bu tezisə şərh vermək istəmirəm. Amma fakt odur ki, bu gün Azərbaycan mediasını bir çox ölkələrdə müxtəlif səviyyələrdə oxuyurlar, mediada gedən yazıları, məqalələri təhlil edirlər. O məqalələrin nə dərəcədə Azərbaycanın rəsmi mövqeyinə uyğun olub-olmaması ilə bağlı da fərziyyələr irəli sürülür. Bu, deməyə əsas verir ki, mediamız doğrudan da böyük inkişaf yolu keçib”.

Dövlət başçısı media dedikdə ilk növbədə jurnalistləri nəzərdə tutduğunu söyləyib: “Çünki medianı nüfuzlu edən məhz əməkdaşlar, sizin kimi insanlardır, həmkarlarınızdır. Mən sözün əsl mənasında sevinirəm. Sizə yeni uğurlar arzulayıram”.

APA

# 1499 dəfə oxunub

Oxşar xəbərlər

Amsterdamda qeyri-adi muzey açıldı – Burada heyvanlar sərbəstdir, insanlar qəfəslərdə

Amsterdamda qeyri-adi muzey açıldı – Burada heyvanlar sərbəstdir, insanlar qəfəslərdə

18:00 30 oktyabr 2026
XVI Lüdovik dövrünə aid sevgi məktubları tapıldı – 230 illik sirrin yeni izləri

XVI Lüdovik dövrünə aid sevgi məktubları tapıldı – 230 illik sirrin yeni izləri

17:30 30 oktyabr 2026
Dinozavr skeleti 47,3 milyon dollara satıldı – Alıcı kimdir?

Dinozavr skeleti 47,3 milyon dollara satıldı – Alıcı kimdir?

16:30 30 oktyabr 2026
Devid Bouinin  yayımlanmayan konsert filmi nümayiş olunacaq

Devid Bouinin yayımlanmayan konsert filmi nümayiş olunacaq

15:30 30 oktyabr 2026
“Deutsche Börse Photography Foundation Prize 2027”  mükafatının qısa siyahısı açıqlandı

“Deutsche Börse Photography Foundation Prize 2027” mükafatının qısa siyahısı açıqlandı

15:00 30 oktyabr 2026
Rusiyalı gənc rəssam vəfat etdi

Rusiyalı gənc rəssam vəfat etdi

14:45 30 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər