Nailə İslamzadə: "Özləri səviyyəsində müğənnilərin qeybətini edirlər"

Nailə İslamzadə: "Özləri səviyyəsində müğənnilərin qeybətini edirlər"
22 fevral 2026
# 20:48

"Bir neçə televiziya kanalının verilişləri, mütəmadi olaraq, istedadı, səsi olmayan müğənniləri dəvət edirlər. Veriliş boyu özləri səviyyədə başqa müğənnilərin qeybətini edirlər, o verilişlərin aparıcıları da onları qızışdırır ki, daha çox qalmaqal yaransın".

Kulis.az xəbər verir ki, bu sözləri aparıcı Nailə İslamzadə öz sosial media hesabında yazıb.

O, qalmaqalla reytinq qazanmaq istəyənləri tənqid edib:

"Mən 43 ildir televiziyada çalışmışam, indiki durum heç vaxt olmayıb. Televiziya sadəcə ekran deyil, kollektiv şüurun laboratoriyasıdır. Orada nəyi göstərirsənsə, sabah cəmiyyət onu təkrar edir. Qalmaqal reytinq gətirə bilər, amma reytinq mədəniyyət deyil. Qeybət emosiyanı qızışdırır, amma zövqü tərbiyə etmir. Əgər efir meydanı səsi, sənəti, zəhməti olmayanların bir-birini aşağıladığı platformaya çevrilirsə, bu artıq əyləncə yox, estetik deqradasiyadır".

Aparıcı ölkədə maariflənmə işlərinin aparılmasına diqqət çəkib:

"Həmişə demişəm, indi də deyirəm, televiziya kazino deyil. Dəyər itirərək qazanılan pul, əslində itkidir. Ölkədə maariflənməyə məsul olan hər kəs, xüsusən media rəhbərləri, bunun məsuliyyətini ciddi düşünməlidir.

Bəzən tamaşaçılar 30-40 il əvvəl çəkilmiş verilişlərin videosunu heyranlıqla izləyirlər. Bəs indi bəzi kanallar "30-40 il sonra nə yaratmışdıq, nə ilə yadda qaldıq" deyəcəklər?

Cəmiyyətin zövqü təsadüfi formalaşmır; onu ya yüksəldirlər, ya da ucuzlaşdırırlar. Ekran gələcəyin güzgüsüdür — orada nə göstəririksə, sabah onu yaşayacağıq".

# 1720 dəfə oxunub

Oxşar xəbərlər

Həbsxanadan rejissorluğa:  “Adolescence” ulduzu həyatı əsasında film çəkdi

Həbsxanadan rejissorluğa: “Adolescence” ulduzu həyatı əsasında film çəkdi

18:00 26 oktyabr 2026
“Zaman səyyahının arvadı”  romanının müəllifinin yeni əsəri çap olundu

“Zaman səyyahının arvadı” romanının müəllifinin yeni əsəri çap olundu

17:30 26 oktyabr 2026
75 min dollarlıq  mükafatın qalibi açıqlandı

75 min dollarlıq mükafatın qalibi açıqlandı

17:00 26 oktyabr 2026
BTS-in lideri muzeyi fəth etdi - Sərgiyə 66 mindən çox bilet satıldı

BTS-in lideri muzeyi fəth etdi - Sərgiyə 66 mindən çox bilet satıldı

16:30 26 oktyabr 2026
Kris Braun hakim qarşısında - Müğənnini üç ilədək həbs cəzası gözləyir

Kris Braun hakim qarşısında - Müğənnini üç ilədək həbs cəzası gözləyir

16:00 26 oktyabr 2026
Mayk Tayson  Türkiyə serialında çəkiləcək

Mayk Tayson Türkiyə serialında çəkiləcək

14:30 26 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər