Maarifçilik köhnəlibmi? - Rəhman Bədəlovun demək istədikləri

Maarifçilik köhnəlibmi? - Rəhman Bədəlovun demək istədikləri
19 iyul 2025
# 10:28

Kulis.az Yalçın İslamzadənin yeni yazısını təqdim edir..

Yaxınlarda professor Rəhman Bədəlov vəfat etdi. Rəhman müəllim Zərdabi mirasını araşdırırdı, çıxışında deyir ki, nə deməkdir qəzetsiz yaşamaq? İnformasiyadan kənar yaşamaq. İnformasiyadan kənarda başqa şüur yaranır.

Sosioloqlar dövrü mətbuatın yaranmasını modernizmin vacib mərhələlərindən hesab edirlər. Bir-birini tanımayan insanların kafelərə gələrək dövri qəzetləri oxumaları və müzakirə etmələri "ictimai sahənin" və "yazı respublikasının" yaranmasında vacib rol oynayıb.

Rəhman müəllim həm də deyirdi ki, Zərdabi ilə biz magistrala çıxmışıq, bu yola girmək "ucqarlıqda" qalmaqdan, periferiya olmaqdan qurtuluş cəhdi idi.
Bəzən yuxarı sinif şagirdləri, yaxud universitet tələbələri ilə görüşlərdə fikri daha effektiv çatdırmaq üçün ümumi maarifçi mirasa xitab etmək istəyirsən,

-"Dərviş Parisi partladır" filminə, yəqin ki, baxmısınız.

-Yox, baxmamışıq.

Bir müddət əvvəl bir neçə yuxarı sinif şagirdi uyğun seanslar arasında seçim edərkən Tağıyevin kim olduğunu bilmədikləri üçün, "Tağıyev" filminə deyil, şitliyi komediya kimi təqdim edən başqa filmə baxmışdılar.Gənclərimizin ortaq modern-maarifçi mirasla tanışlığı, qəbul imtahında lazım olan qədərdir, ondan artıq deyil.

İndi trend belədir: sürətlə məşhurlaşıb özlərinə möhkəm və əziyyətsiz status əldə etmək istəyənlər, zərrə qədər vicdani hesabat aparmadan kütlənin qərəzlərinə xitab edirlər. Yaxşı bilirlər ki, kütlə öz qərəzlərinə və bu qərəzləri onların adından ürəklə səsləndirənlərə sədaqətlidir. Tezliklə məşhurlaşırlar. Məşhurlaşandan sonra maraqlı olmağı bacarmamış mətbuat orqanları onların məşhurluğundan oxucu sayını artırmaq üçün istifadə etmək istəyirlər.
Ardıcıl müsahibələr başlayır. Oxunma üçün belə müsahibələrə ehtiyacları var deyə, qərəz öndərləri qarşısında əzilib-büzülürlər. Kütlənin rəğbəti daha da artır, "Sözçümüz artıq mətbuatda, ekranlardadır". Yuxarılar mətbuat vasitəsiylə bu şəxslərdən xəbərdar olur, onları kütlə tərəfindən dəstəkləndikləri üçün öz yanlarında görməyə çalışır, dəstək verirlər.

Xarici praktikada kifayət qədər tanınmış jurnalist var ki, müsahiblərinin nüfuzundan çəkinmədən dediklərini çək-çevir edir, əks arqumentlər irəli sürür, ziddiyətləri göstərmək istəyirlər. Bizdə belə deyil, qərəz hocalarının dediklərini yaymaqla, onlara tribuna olmaqla kifayətlənirlər. Bu dəfə də qərəz hocasının nüfuzu artır, "Çünki mətbuatda danışır və danışdıqlarını jurnalistlər də təsdiq edirlər".

Bir neçə gün sonra "Əkinçi" qəzetinin nəşrinin əlamətdar ildönümü qeyd olunacaq. Tədbirlər, çıxışlar, şəkillər, pr-materialları mətbuatı bəzəyəcək. Məzmunsuz formallıqlara şahid olacağıq.

"Azərbaycan" konseptini Zərdabi, Axundov, Hacıbəyov, Tağıyev, Rəsulzadə, Cəfər Cabbarlı və digər modernist maarifçilərin fədakarlığı sayəsində yaranıb. Bu gün Azərbaycanı təsir dairəsində görən ölkələrin təbliğatı nəticəsində bu konseptin aşınmaya, parçalanmağa, xırdalanmağa çalışıldığını görürük.

Bu prosesdə bilərək və ya bilməyərək iştirak edən vətəndaşlarımızın sayı, təəssüf ki, az deyil. Artıq ölkənin tarixi şəxsləri, maarifçiləri, mədəni və hüquqi əsasları sorğulanmağa, başqa ölkələrdən olan ideoloqların tezisləri əsasında təftiş edilməyə başlanılıb.

Jurnalistika sevilən və seçilən peşədir, sahənin başbilənləri elm jurnalistikasının və jurnalistlərdə tənqidi təfəkkür vərdişlərinin formalaşdırılması məsələsini prioritet etməlidirlər.

Əks halda mirasçısı olduqları Zərdabinin "Əkinçi" xətti, müasirləşməyə yox, qərəzlərin təbliği yolu ilə ortaəsrləşməyə vasitə olacaq.

# 1708 dəfə oxunub

Oxşar xəbərlər

“Park” nəşriyyatından növbəti kitab: Rəşad Səfərin “Cənubda ən uzun gün” romanı çap olundu

“Park” nəşriyyatından növbəti kitab: Rəşad Səfərin “Cənubda ən uzun gün” romanı çap olundu

18:49 30 aprel 2026
Heydər Əliyev Fondu Vatikanda tarixi abidələrin bərpası üzrə yeni layihələrin icrasına başlayır

Heydər Əliyev Fondu Vatikanda tarixi abidələrin bərpası üzrə yeni layihələrin icrasına başlayır

17:36 30 aprel 2026
Əməkdar artist Ədalət Vəzirovun xatirəsi anıldı

Əməkdar artist Ədalət Vəzirovun xatirəsi anıldı

17:24 30 aprel 2026
Lətif Kərimovun 120 illiyi qeyd ediləcək - Sərəncam

Lətif Kərimovun 120 illiyi qeyd ediləcək - Sərəncam

17:04 30 aprel 2026
 “Magyar Rhapsody Projekt”  qrupu Bakıda çıxış etdi

“Magyar Rhapsody Projekt” qrupu Bakıda çıxış etdi

16:38 30 aprel 2026
Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldıldı

Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldıldı

15:45 30 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər