Gecələr yuxuma girərdi Allah - Adil Mirseyid

Gecələr yuxuma girərdi Allah - Adil Mirseyid
3 mart 2026
# 14:12

Kulis.az Adil Mirseyidin "Gecə yağışı" şeirini təqdim edir.

Bir gecə oyandım yağış səsinə,
Bilmədim hardayam, kiməm, nəçiyəm.
Göylərdən qovulmuş mələyəm, bəlkə...
Bəlkə də, bir sərxoş meyxanəçiyəm.

Necə inanırdım bəxt ulduzuma,
Mən sözün sehrinə bel bağlayırdım.
Gecələr yuxuma girərdi Allah
Mən ona sirr verib, sirr saxlayardım

Nə tüfəng asılıb divardan, nə saz,
Bəlkə, öz ömrümü uydurmuşam mən.
Bəlkə, yüz il əvvəl oynamalıydım,
Bəlkə, bu yuxudan gec durmuşam mən.

Nə bir at kişnəyir, nə köpək hürür,
Divar saatı da susub qorxuda.
Yüz il öncə yağan yağışın səsi,
Bu gecə oyadıb məni yuxudan.

Göylərdən qovulmuş mələyəm, bəlkə...
Bəlkə də, bir sərxoş meyxanəçiyəm.
Bir gecə oyandım yağış səsinə,
Bilmədim hardayam, kiməm, nəçiyəm.

# 921 dəfə oxunub

Oxşar xəbərlər

"Oskar"lı aktrisanın qorxu filmi  kassa reytinqinə başçılıq edir

"Oskar"lı aktrisanın qorxu filmi kassa reytinqinə başçılıq edir

14:30 12 oktyabr 2026
Azərbaycanlı rəssam beynəlxalq yarışmada üçüncü yerə layiq görüldü

Azərbaycanlı rəssam beynəlxalq yarışmada üçüncü yerə layiq görüldü

14:00 12 oktyabr 2026
Azərbaycanlı musiqiçi intihar etdi

Azərbaycanlı musiqiçi intihar etdi

12:56 12 oktyabr 2026
Akademik Nizami Cəfərov: "Vahid məktəbli geyimi olmasa, tədris mühiti yaratmaq, normal dərs keçmək mümkün olmaz"

Akademik Nizami Cəfərov: "Vahid məktəbli geyimi olmasa, tədris mühiti yaratmaq, normal dərs keçmək mümkün olmaz"

12:30 12 oktyabr 2026
"İran öz ölkəsində uduzduğu davanı Azərbaycanda aparmaq istəyir!" - Azadlığına sahib çıx!

"İran öz ölkəsində uduzduğu davanı Azərbaycanda aparmaq istəyir!" - Azadlığına sahib çıx!

11:41 12 oktyabr 2026
Trampın çılpaq heykəli "COP31"də nümayiş olunacaq

Trampın çılpaq heykəli "COP31"də nümayiş olunacaq

11:20 12 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər