Muzeylərdə yeni nümayiş forması - Artan soyğunlarla bağlı

Muzeylərdə yeni nümayiş forması - Artan soyğunlarla bağlı
12 oktyabr 2026
# 11:00

Avropada son dövrlərdə artan muzey qarətləri mədəniyyət müəssisələrini dəyərli eksponatların nümayiş etdirilməsi formasını yenidən nəzərdən keçirməyə yönəldir.

Kulis.az xəbər verir ki, 2022–2023-cü illərdən bəri muzey soyğunlarında qarətçilər artıq yalnız gizli yollarla deyil, balta, partlayıcı və odlu silahlarla kütləvi hücumlar təşkil edirlər.

Son dövrdə baş verən səs-küylü soyğunlar təhlükəsizlik böhranının miqyasını göstərir:

Luvr muzeyi: Apollon qalereyası krallıq cəvahiratının oğurlanmasından sonra 2026-cı ilin iyulunda yenidən açılsa da, qiymətli daş-qaşlar daha təhlükəsiz sərgiləmə şəraiti yaradılanadək başqa yerdə saxlanılır.

Villena muzeyi: İspaniyada tunc dövrünə aid 10 kiloqramlıq qızıl "Villena xəzinəsi" cəmi 4 dəqiqə ərzində qarət olunub.

Renuar muzeyi: Muzeydən dörd rəsm əsəri oğurlanıb; onlardan ikisi sonradan bağçada tapılıb.

Vix qızıl boyunbağısı: Burqundiyadakı muzeydən dəmir dövrünə aid 2500 illik nadir eksponat aparılıb.

Baş verən hadisələrdən sonra bir çox muzey orijinal əsərləri müvəqqəti olaraq nümayişdən çıxarmaq, onları kopyalar ilə əvəz etmək və ya ziyarətçilərlə eksponat arasındakı məsafəni artırmaq variantlarını dəyərləndirirlər.

Mütəxəssislər qeyd edirlər ki, kopyaların istifadə səbəbi ziyarətçilərə şəffaf şəkildə izah edildikdə bu addım anlayışla qarşılanır, lakin orijinal əsərlə birbaşa təmasın itməsi muzey təcrübəsinin mahiyyətini dəyişə bilər.

# 672 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış sosial media fenomeni həbs olundu

Tanınmış sosial media fenomeni həbs olundu

18:46 27 noyabr 2026
“Şamaxı” sənədli filminin təqdimatı keçiriləcək

“Şamaxı” sənədli filminin təqdimatı keçiriləcək

18:23 27 noyabr 2026
“Aclıq oyunları”nın yeni filmi 225 milyon dollar gəlir əldə etdi

“Aclıq oyunları”nın yeni filmi 225 milyon dollar gəlir əldə etdi

17:58 27 noyabr 2026
Kino tarixinin yaddaqalan səhnələrini göstərən sərgi açıldı

Kino tarixinin yaddaqalan səhnələrini göstərən sərgi açıldı

17:19 27 noyabr 2026
Məşhur türkiyəli jurnalistlər saxlanıldı - Səbəb

Məşhur türkiyəli jurnalistlər saxlanıldı - Səbəb

16:37 27 noyabr 2026
Nizami Kino Mərkəzinin divarına qraffiti çəkənlərin məhkəməsi başladı

Nizami Kino Mərkəzinin divarına qraffiti çəkənlərin məhkəməsi başladı

15:52 27 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər