Təbiətin ramedilməz enerjisinin kətanda təsviri - Moris de Vlamnikin məşhur əsəri

Təbiətin ramedilməz  enerjisinin kətanda təsviri - Moris de Vlamnikin məşhur əsəri
11 oktyabr 2026
# 13:30

Bu gün tanınmış fransız rəssam Moris de Vlamnikin anım günüdür.

Kulis.az “Palitra” rubrikasında boyakarın “Reyle-Malmezonda Sen çayı” əsəri haqqında materialı təqdim edir.



Fransız fovizm cərəyanının (canlı rənglərin qaydasız istifadəsi) məşhur nümayəndələrindən olan Moris de Vlamnik Paris şəhərində musiqiçi ailəsində anadan olub, peşəkar incəsənət təhsili almadan öz istedadı hesabına rəngkarlığa qədəm qoyub.

O, Anri Matiss və Andre Deren ilə birgə 1905-ci il "Payız salonu" sərgisində nümayiş etdiyi işlərlə rəssamlığın akademik qaydalarını pozaraq "Vəhşilər" qrupunun təməlini qoyub.

Vlamnikin sənəti kətana sıxılan təmiz, qarışdırılmamış parlaq rənglər, alovlu fırça yaxmaları və təbiətin ibtidai enerjisini əks etdirən xaotik kompozisiyalar ilə seçilir.

Vinsent van Qoq yaradıcılığından təsirlənən rəssam yaradıcılığı ərzində təbiət mənzərələrini, Sena çayının sahillərini və kənd küçələrini rəsm edib.

1958-ci ildə vəfat edən sənətkarın rəng dünyası XX əsrin modern ekspressionizminə və mücərrəd rəngkarlığına istiqamət verən mənbələrdən biri kimi xatırlanır.


"Şatu yaxınlığında Sena çayı"



Moris de Vlamnikin fovizm dövrünün kulminasiya nöqtəsi hesab olunan bu rəsm 1906-cı ildə ərsəyə gətirilib.

Rəssam Sena çayının sahilində müşahidə etdiyi mənzərəni təbiətin adi surəti kimi yox, öz daxili emosional dünyasının aynası kimi tabloya köçürüb.

Vlamnik bu rəsmdə akademik fırça texnikalarını tamamilə rədd edərək boyaları birbaşa borudan keçirib, işığın və küləyin ritmini alovlanan rəng ləkələri ilə işləyib.

Tablonun kompozisiyası Sena çayının axını, sahil boyunca ucalan ağaclar və göy üzünün dramatik rəqsindən ibarətdir.

Ağac gövdələri qırmızı və narıncı, yarpaqlar sarı və yaşıl, suyun səthi isə dərin bənövşəyi və qırmızı tonlarla təsvir edilib.

Fırçanın dinamik, kəskin və şaquli-üfüqi dırnaq formalı yaxmaları məkanı sanki hərəkətə gətirir.

Rəssam perspektiv qaydalarını rəng kontrastları ilə əvəzləyib.

Ön plandakı kəskin qırmızı və sarı ləkələr həmən tamaşaçının nəzərinə çarpır, arxa plandakı göyümsov boz buludlar isə fırtınadan əvvəlki gərginliyi simvolizə edir.

Vlamnik bu əsəri ilə təbiətin sadə görünüşünü yox, onun altındakı ibtidai, ramedilməz həyat enerjisini əks etdirib.

Əsər akademik rəsmin sərhədlərini aşan, rəngin azadlığını vurğulayan fovist inqilabın əhəmiyyətli rəsmi kimi bu gün də xatırlanır.


# 1400 dəfə oxunub

Oxşar xəbərlər

"Başqalarının zövqünü oxşayan gözəllik yükə çevriləndə..." - Dieqo Riveranın "Gül daşıyan"ı

"Başqalarının zövqünü oxşayan gözəllik yükə çevriləndə..." - Dieqo Riveranın "Gül daşıyan"ı

16:32 24 noyabr 2026
İpək tacirinin sifarişi ilə yaranan şah əsər - Leonardo da Vinçinin “Mona Liza”sı

İpək tacirinin sifarişi ilə yaranan şah əsər - Leonardo da Vinçinin “Mona Liza”sı

13:31 22 noyabr 2026
Radiodakı təsadüfi cümlədən rok tarixinə... - Məşhur “Black hole sun” necə yarandı?

Radiodakı təsadüfi cümlədən rok tarixinə... - Məşhur “Black hole sun” necə yarandı?

12:28 22 noyabr 2026
Tanınmış hind yazıçıdan "Yazmağın 10 qaydası"

Tanınmış hind yazıçıdan "Yazmağın 10 qaydası"

15:00 18 noyabr 2026
Motsartı fəth edən "Mehtər marşı", qəhvə və aypara çörək...  - Vyana türklərdən nələri öyrənmişdi?

Motsartı fəth edən "Mehtər marşı", qəhvə və aypara çörək... - Vyana türklərdən nələri öyrənmişdi?

12:00 17 noyabr 2026
“Ölsəm, məni bir-iki gün saxlayın, birdən dirildim” – Gülşən Qurbanovanın başına nələr gəlmişdi?

“Ölsəm, məni bir-iki gün saxlayın, birdən dirildim” – Gülşən Qurbanovanın başına nələr gəlmişdi?

10:00 17 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər