“Çingiz Aytmatov və UNESCO: Dünyanı birləşdirən ortaq irs” - Beynəlxalq konfrans

“Çingiz Aytmatov və UNESCO: Dünyanı birləşdirən ortaq irs”  - Beynəlxalq konfrans
20 sentyabr 2025
# 10:30

Parisdə UNESCO-nun mənzil qərargahında “Çingiz Aytmatov və UNESCO: Dünyanı birləşdirən ortaq irs” adlı beynəlxalq konfrans keçirilib.

Kulis.az xəbər verir ki, konfrans Qırğızıstanın UNESCO-da Daimi Nümayəndəliyinin təşəbbüsü, TÜRKSOY və Ankarada yerləşən Çingiz Aytmatov İnstitutunun əməkdaşlığı ilə baş tutub. Konfrans böyük qırğız yazıçısı və mütəfəkkiri Çingiz Aytmatovun dünya mədəni irsinə verdiyi töhfələri çoxşaxəli şəkildə təqdim edib.

Tədbirdə TÜRKSOY-un Baş katibi Sultan Raev, UNESCO Baş direktorunun müavini Ernesto Ottone, AMEA-nın prezidenti İsa Həbibbəyli, Qırğızıstanın, Azərbaycanın, Türkiyənin, Qazaxıstanın, Özbəkistanın, Türkmənistanın UNESCO yanında daimi nümayəndələri Sadık Şer-Niyaz, Elman Abdullayev, Gülnur Aybet, Askar Abdrakhmanov, Kamol Muxtarov, Maksat Çariyev və UNESCO-ya üzv dövlətlərin diplomatları, alimlər, ədəbiyyatçılar və mədəniyyət nümayəndələri iştirak ediblər.

Konfransın açılışında çıxış edən TÜRKSOY Baş katibi Sultan Raev bildirib ki, Aytmatovun əsərləri yalnız Qırğız ədəbiyyatının deyil, bütün türk dünyasının və insanlığın ortaq yaddaşında xüsusi yer tutur. “Çingiz Aytmatov xalqlar arasında körpü quran böyük bir humanistdir. O, qələmi ilə yalnız qırğız çöllərinin səsini dünyaya çatdırmayıb, eyni zamanda insan ləyaqəti, təbiət, sülh və yaddaş kimi ümumbəşəri dəyərləri ədəbiyyat vasitəsilə insanlığa bəxş edib. “Manqurt” anlayışı ilə isə kollektiv yaddaşını və kimliyini itirən cəmiyyətlərə güclü bir xəbərdarlıq ünvanlayıb. TÜRKSOY-un missiyası da ortaq mədəniyyətimizi qoruyaraq gələcək nəsillərə ötürməkdir”, -deyə S. Raev diqqətə çatdırıb.

UNESCO Baş direktorunun müavini Ernesto Ottone Aytmatovun əsərlərinin ümumbəşəri sülh və dialoq ideallarına verdiyi töhfəyə diqqət çəkib. “UNESCO-nun mədəniyyətlərarası anlaşma və sülh vizyonu, Aytmatovun insan və təbiətə duyduğu dərin hörmətlə tam uzlaşır. Onun qələmi fərqli mədəniyyətlərin bir-birini anlamağı üçün bənzərsiz körpü yaradıb”,-deyə E. Ottone Aytmatovun bəşəriyyətə verdiyi töhfələrdən söz açıb.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli çıxışında Aytmatovun türk dünyası ədəbiyyatındakı aparıcı roluna toxunaraq onun yalnız qırğız ədəbiyyatının deyil, bütün türk dünyasının ədəbi şüurunu dərinləşdirən və onu ümumbəşəri səviyyəyə yüksəldən nadir yazıçılardan olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən Çingiz Aytmatovun oğlu Eldar atasının mirasının bu gün də gənc nəsillər üçün ilham mənbəyi olduğunu bildirib.

“Atam hər zaman insanın insana, insanın təbiətə və insanın öz keçmişinə qarşı məsuliyyətini önə çəkirdi. Bu mesajlar, bu gün yaşadığımız qlobal böhranlar fonunda daha da əhəmiyyətlidir”, - deyə E. Aytmatov atasının əsərlərinin ideyalarının bu gün də aktual olduğunu deyib.

Qeyd edək ki, Parisdə keçirilən bu konfrans Çingiz Aytmatovun ədəbi və fəlsəfi irsinin beynəlxalq mədəni dialoqun inkişafında və bəşəriyyətin ortaq dəyərlərinin qorunmasında daşıdığı misilsiz əhəmiyyəti bir daha nümayiş etdirib.

# 1460 dəfə oxunub

Oxşar xəbərlər

Gələcəyin memarlarına kim nümunə göstərilir? – Şərurlu İsfəndiyarın tələbələrlə görüşünün müəmması

Gələcəyin memarlarına kim nümunə göstərilir? – Şərurlu İsfəndiyarın tələbələrlə görüşünün müəmması

18:44 12 noyabr 2026
"Qərb-Şərq divanı – Göte və Mövlana"  adlı konsert proqramı təqdim olunacaq

"Qərb-Şərq divanı – Göte və Mövlana" adlı konsert proqramı təqdim olunacaq

18:43 12 noyabr 2026
Mişel Uelbek  haqqında cinayət işi açıldı – Təfərrüatlar

Mişel Uelbek haqqında cinayət işi açıldı – Təfərrüatlar

18:05 12 noyabr 2026
Kriştiano Ronaldonun studiyası  ilk serial layihəsinin çəkilişlərinə başladı

Kriştiano Ronaldonun studiyası ilk serial layihəsinin çəkilişlərinə başladı

17:32 12 noyabr 2026
Tanınmış aktyor vəfat etdi

Tanınmış aktyor vəfat etdi

17:04 12 noyabr 2026
"Netflix"dən yeni layihə - Cinsi zorakılıqda təqsirləndirilən aktyor barədə

"Netflix"dən yeni layihə - Cinsi zorakılıqda təqsirləndirilən aktyor barədə

16:37 12 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər