Bu gün Rostropoviçin doğum günüdür

Bu gün Rostropoviçin doğum günüdür
27 mart 2025
# 10:15

Bu gün dünyaşöhrətli musiqiçi, XX əsrin ən böyük violonçel ifaçısı Mstislav Rostropoviçin anadan olmasından 98 il ötür.

Kulis.az xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə dünyaşöhrətli musiqiçi, SSRİ Xalq artisti Mstislav Rostropoviçin anadan olmasının 90 illiyi Azərbaycanda dövlət səviyyəsində qeyd edilib.

Mstislav Leopoldoviç Rostropoviç 1927-ci il martın 27-də Bakıda dünyaya gəlib. O, dörd yaşında ikən anasından fortepianoda, on yaşında isə atası, tanınmış violonçel ifaçısı Leopold Rostropoviçdən bu alətdə çalmağı öyrənib.

Mstislav Rostropoviç 16 yaşı olanda Moskva Konservatoriyasına qəbul olunub və orada fortepiano, violonçel ifaçılığı ilə yanaşı, dirijorluq və bəstəkarlıq ixtisaslarına da yiyələnib.

Gənc Mstislav Rostropoviç ilk violonçel konsertini 1942-ci ildə verib.

Dünyaşöhrətli musiqiçi "Heydər Əliyev" ordeninə, Fransanın "Şərəf Legionu" ordeninə, müxtəlif universitetlərin fəxri doktoru adına və digər mükafatlara layiq görülüb.

2002-ci il martın 4-də Bakıda dahi sənətkarın ev-muzeyi açılıb.

Qeyd edək ki, Mstislav Rostropoviç 2007-ci il aprelin 27-də Moskvada vəfat edib.

# 282 dəfə oxunub

Oxşar xəbərlər

İradə İbrahimova:  "Bəzən hər şey puldur”

İradə İbrahimova: "Bəzən hər şey puldur”

16:09 30 mart 2025
Azərbaycanda Ramazan bayramı qeyd olunur

Azərbaycanda Ramazan bayramı qeyd olunur

08:30 30 mart 2025
"Dirilmə günü" - Pasxa bayramı

"Dirilmə günü" - Pasxa bayramı

18:00 29 mart 2025
İlon Mask “X”i 33 milyard dollara  satdı

İlon Mask “X”i 33 milyard dollara satdı

16:49 29 mart 2025
Zakir Əliyev:  “Teymur Əmrah yaxşı sənətkardır, amma…”

Zakir Əliyev: “Teymur Əmrah yaxşı sənətkardır, amma…”

15:44 29 mart 2025
Aktyora “Bakı Metropoliteni”ndə yüksək vəzifə verildi

Aktyora “Bakı Metropoliteni”ndə yüksək vəzifə verildi

13:48 29 mart 2025
#
#
# # #