Kukla Teatrına direktor müavini təyin olundu

Kukla Teatrına direktor müavini təyin olundu
21 aprel 2026
# 17:02

Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub

Kulis.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Elnur Abbasquliyev Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub.

O, bu təyinatadək Azərbaycan Dövlət Pantomima Teatrında direktor müavini vəzifəsində çalışıb.

Bu barədə teatrın Strategiya və kommunikasiya şöbəsi məlumat yayıb.

Məlumat üçün bildirək ki, Elnur Mais oğlu Abbasquliyev 19 noyabr 1979-cu ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dram teatrı və kino aktyoru” fakültəsini bitirib.

1996–2000-ci illərdə Xalq artisti Bəxtiyar Xanızadənin rəhbərlik etdiyi “Dəli yığıncağı” Pantomima Teatr-studiyasında, 2000–2009-cu illərdə isə Azərbaycan Dövlət Pantomima Teatrında aktyor kimi fəaliyyət göstərib.

2009-cu ilin sentyabr ayından etibarən paralel olaraq Azərbaycan Dövlət Kukla Teatrında aktyor kimi çalışır. 2021-ci ilin oktyabr ayında Azərbaycan Dövlət Pantomima Teatrında direktor müavini vəzifəsinə təyin olunub.

Elnur Abbasquliyev müxtəlif illərdə bir sıra beynəlxalq tədbirlərdə, mədəniyyət günlərində təşkilat komitələrinin və işçi qruplarının üzvü olub, televiziya tamaşalarında və filmlərdə maraqlı obrazlar yaradıb.
O, yaradıcılıq fəaliyyəti dövründə Rusiyada, Türkiyədə, Gürcüstanda, İranda, Niderlandda, Ukraynada və Tatarıstanda (RF) keçirilən nüfuzlu beynəlxalq festival və sənət tədbirlərində iştirak edərək Azərbaycan teatr sənətini uğurla təmsil edib.

# 1067 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur bəstəkardan yeni əsər - 90 illik yubileyində

Məşhur bəstəkardan yeni əsər - 90 illik yubileyində

17:00 3 oktyabr 2026
"Şrek" beşinci filmlə ekranlara qayıdacaq

"Şrek" beşinci filmlə ekranlara qayıdacaq

16:00 3 oktyabr 2026
Tanınmış aktyor Kanndakı nüfuzlu məzmun yarmarkasında

Tanınmış aktyor Kanndakı nüfuzlu məzmun yarmarkasında

15:00 3 oktyabr 2026
Bakıda “Avropa Təamları” Kulinariya Festivalının  4-cü buraxılışı keçirilir

Bakıda “Avropa Təamları” Kulinariya Festivalının 4-cü buraxılışı keçirilir

13:12 3 oktyabr 2026
Tarantino və Bred Pittdən yeni layihə - İllər sonra

Tarantino və Bred Pittdən yeni layihə - İllər sonra

13:00 3 oktyabr 2026
İtaliyada yeni bayram - Müqəddəs Fransiskin xatirəsinə

İtaliyada yeni bayram - Müqəddəs Fransiskin xatirəsinə

12:00 3 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər