“İRS” nəşriyyat evinin nəşrləri müzakirə olundu

“İRS” nəşriyyat evinin nəşrləri müzakirə olundu
21 aprel 2026
# 15:37

Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin Qazi Universitetindəki Azərbaycan Türkcəsi Tədris Ocağında ölkəmizin tarixi və mədəniyyətinə aid mühüm kitablar çap edən “İRS” nəşriyyat evinin nəşrləri təqdim olunub.

Kulis.az xəbər verir ki, bununla əlaqədar, “İRS” nəşriyyat evinin layihə rəhbəri və baş redaktoru Musa Mərcanlının “Əziz şəhər Şuşa”, “Şirvanşahların mininci ili”, “Daşları toplama zamanı” kitablarının türkiyəli alimlərin iştirakı ilə müzakirəsi keçilib.

Tədbirin moderatoru, Qazi Universiteti Türk Dünyası Araşdırmaları Mərkəzinin rəhbəri, professor Bülent Aksoy qeyd edib ki, müzakirə olunan əsərlər Azərbaycanın, eləcə də Türk dünyasının tarixi yaddaşını əks etdirən mühüm mənbələrdir. O vurğulayıb ki, “Əziz şəhər Şuşa” kitabı “Türk dünyasının mədəniyyət paytaxtı” kimi Şuşanın daşıdığı əhəmiyyəti, “Daşları toplama zamanı” əsəri Qərbi Azərbaycan torpaqlarında formalaşmış zəngin irsi, “Şirvanşahların mininci ili” isə Azərbaycanın köklü dövlətçilik ənənələrinin parlaq nümunəsi olan Şirvanşahlar dövlətinin tarixini əhatə edir.

Tədbirdə Türkiyədəki səfirliyimizin müşaviri Füzuli Macidli, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Qazi Universitetinin müəllimi, alim Sinan Demirtürk, eləcə də Türkiyənin müxtəlif ali təhsil müəssisələrindən alimlər Alper Alp, Meşkürə Yılmaz, Mehmet Rıza, Güray Alpar, Ömer Nizaməddin Aykurt və Ali Odabaş çıxışlarında Azərbaycan tarixi, mədəniyyəti və Türk dünyasının milli yaddaşını əhatə edən, bir-birini tamamlayan dəyərli nəşrlərin həm milli irsin qorunması, həm də onun beynəlxalq miqyasda tanıdılması baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd ediblər.

Qeyd edilib ki, Qarabağ bölgəsi və Azərbaycan həqiqətlərinin Türk dünyasında və beynəlxalq müstəvidə daha geniş tanıdılması baxımından belə elmi-mədəni təşəbbüslər böyük əhəmiyyət kəsb edir.

Natiqlər Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq, Türk dünyasında ortaq tarixi şüuru gücləndirmək və milli kimlik anlayışını möhkəmləndirmək baxımından bu nəşrlərin mühüm rol oynadığını söyləyiblər.

Çıxış edən alimlər Şuşanın yalnız Azərbaycanın deyil, bütün “Türk dünyasının mədəniyyət paytaxtı” kimi daşıdığı yüksək mənəvi dəyəri önə çəkərək, bu qədim şəhərin zəngin ədəbi və mədəni irsinin qorunmasının və daha geniş coğrafiyada tanıdılmasının vacibliyini xüsusi qeyd ediblər.

Eyni zamanda, bu kimi nəşrlərin Türkiyədə daha geniş auditoriyaya çatdırılmasının zəruriliyi vurğulanıb.

Tədbirdə çıxış edən Musa Mərcanlı təqdim olunan əsərlərin hazırlanma və yazılma prosesi barədə geniş məlumat verərək bildirib ki, “İRS” nəşrləri Azərbaycan tarixinin, mədəniyyətinin və milli irsinin dünya ictimaiyyətinə çatdırılmasına xidmət edən mühüm mədəni layihədir.

Sonda kitablara dair müzakirələr aparılıb, Musa Mərcanlı tələbələrin suallarını cavablandırıb.

# 745 dəfə oxunub

Oxşar xəbərlər

“Kapellhaus Garden Hall”ın təqdimatında klassik musiqi axşamı

“Kapellhaus Garden Hall”ın təqdimatında klassik musiqi axşamı

11:00 15 avqust 2026
"Elə yaşamalısan ki, hətta əclafların da yadında qalasan..." - Məşhur aktrisadan aforizmlər

"Elə yaşamalısan ki, hətta əclafların da yadında qalasan..." - Məşhur aktrisadan aforizmlər

10:30 15 avqust 2026
Əkbər Qoşalının “Yol səni səslər”  şeirlər kitabı rus dilində nəşr olundu

Əkbər Qoşalının “Yol səni səslər” şeirlər kitabı rus dilində nəşr olundu

10:15 15 avqust 2026
Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş virtual kolleksiya -  Prezident Kitabxanasında

Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş virtual kolleksiya - Prezident Kitabxanasında

17:30 14 avqust 2026
Bakıda Çinin "İrs Keşikçisi"  sənədli filminin Azərbaycan dilində nümayişi oldu

Bakıda Çinin "İrs Keşikçisi" sənədli filminin Azərbaycan dilində nümayişi oldu

16:00 14 avqust 2026
DiKapriodan yeni  layihə - Delfinlərlə bağlı

DiKapriodan yeni layihə - Delfinlərlə bağlı

13:00 14 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər