Emi Uaynhausun atası məhkəməni uduzdu: "O, etibarsız şahiddir"

Emi Uaynhausun atası məhkəməni uduzdu: "O, etibarsız şahiddir"
20 aprel 2026
# 18:10

Mərhum müğənni Emi Uaynhausun atası qızının onlarla əşyasını hərracda satan iki rəfiqəsinə qarşı Ali Məhkəmədə qaldırdığı iddianı uduzub.

Kulis.az xəbər verir ki, Miç Uaynhaus Naomi Parri və Katrina Qurlaya qarşı iddia qaldıraraq onları ABŞ-dəki hərraclarda satılan əşyalardan qazanc əldə etməkdə günahlandırırdı.

Hakimin ataya sərt tənqidi

Uaynhausun vəkilləri məhkəmədə qadınların satışları "qəsdən gizlətdiyini" və məhkəməyə müraciətin cavab almaq üçün "yeganə vasitə" olduğunu bildiriblər. Lakin Ali Məhkəmənin hakimi Sara Klark bu iddiaları rədd edərək bildirib ki, Uaynhaus bir az diqqətli olsaydı, mübahisəli əşyaların kimdə olduğunu asanlıqla öyrənə bilərdi.

Hakim Miç Uaynhaus haqqında olduqca sərt ifadələr işlədib:

"O, Eminin xatirəsindən istifadə edənlərə qarşı haqlı olaraq həssasdır... Lakin mənim fikrimcə, o, ailəsinin maddi mənfəət əldə etməyə davam etməsi mövzusunda da eyni dərəcədə həssasdır".

Hakim həmçinin atanın "insanlara və vəziyyətlərə hökm etməyi sevdiyini", onun "etibarsız şahid" olduğunu və məhkəməyə qədər iddialarının əsaslı olub-olmadığını yoxlamağa belə əziyyət çəkmədiyini vurğulayıb.

Eminin "qeyri-adi səxavəti"

Xatırladaq ki, "Rehab" və "Back to Black" kimi hitləri ilə tanınan, "Qremmi" mükafatlı Emi Uaynhaus 2011-ci ildə, 27 yaşında vəfat edib.

Parri və Qurlayın vəkilləri isə məhkəmədə əşyaların ya Emi tərəfindən onlara hədiyyə edildiyini, ya da onsuz da özlərinə məxsus olduğunu sübut ediblər. Hakim müğənninin eyni paltarı ikinci dəfə cəmiyyət arasına geyinmək istəmədiyi üçün tez-tez paltarlarını yaxın rəfiqələrinə bağışladığını qeyd edib. Bildirilib ki, Eminin geyinə və ya saxlaya biləcəyindən qat-qat çox əşyası olub və nələrisə bağışlayıb sonradan fikrindən dönməmək onun "qeyri-adi səxavət"inə və xarakterinə tam uyğun idi.

Məhkəmədə oxunan bəyanatında Naomi Parri fikirlərini belə yekunlaşdırıb:

"Mən Eminin dostu, yaradıcı tərəfdaşı və geyim dizayneri kimi onun yanında oldum. Bizi birləşdirən inam, sədaqət və işə olan sevgi idi. İndi isə bütün diqqətimi öz həyatımı və karyeramı yenidən qurmağa, Emi ilə yaratdığım işi və onun irsini qorumağa yönəltmişəm".

# 775 dəfə oxunub

Oxşar xəbərlər

Laçın Şəhəri Günü çərçivəsində sərgi keçirildi

Laçın Şəhəri Günü çərçivəsində sərgi keçirildi

13:10 26 avqust 2026
"The Odyssey" rekordları qırmaqda davam edir

"The Odyssey" rekordları qırmaqda davam edir

12:10 26 avqust 2026
Tarkovskinin filmində istifadə edilən, kosmosa göndərilən Azərbaycan muğamı

Tarkovskinin filmində istifadə edilən, kosmosa göndərilən Azərbaycan muğamı

11:10 26 avqust 2026
Məşhur amerikalı müğənni vəfat etdi

Məşhur amerikalı müğənni vəfat etdi

10:30 26 avqust 2026
Azərbaycanda 26 avqust - Laçın Şəhəri günüdür

Azərbaycanda 26 avqust - Laçın Şəhəri günüdür

10:15 26 avqust 2026
Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər