Azərbaycanlı rejissorun filmi “TÜRKSOY xüsusi mükafatı”na layiq görüldü

Azərbaycanlı rejissorun filmi  “TÜRKSOY xüsusi mükafatı”na  layiq görüldü
9 avqust 2025
# 10:10

Qazaxıstanda “Aktau – Türk dünyasının mədəniyyət paytaxtı” proqramı çərçivəsində URKER Beynəlxalq Animasiya Film Festivalı keçirilib.

Kulis.az xəbər verir ki, festivalın əsas müsabiqə proqramında tanınmış azərbaycanlı rejissoru Məsud Pənahinin “Narqız” animasiya filmi nümayiş olunub və münsiflər heyətinin qərarına əsasən “TÜRKSOY xüsusi mükafatı”na layiq görülüb.

Mükafatı TÜRKSOY-un Baş katibi Sultan Raev “Narqız” filminin prodüseri, Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyevə təqdim edib. Mükafat Türk dünyasının mədəni irsinə və bədii ifadəsinə göstərilən görkəmli töhfəyə görə təqdim olunub.

Özbəkistanın tanınmış rejissoru Mavzur Mahmudovun rəhbərlik etdiyi festivalın münsiflər heyətində Azərbaycan Animasiya Assosiasiyasının üzvü, Türk Animasiya Assosiasiyanın (ATA) sədri, “Plastilin” (Finlandiya) və “Alove” (Azərbaycan) studiyaların direktoru, prodüser Oqtay Yusibov, Türkiyənin “Rafadan Tayfa” serialının rejissoru və prodüseri İsmail Fidan, Qazaxıstan sosial antropoloqu Evfrat B.İmambek və Qırğızıstan rejissoru Kanybek Omurbekov yer alıblar.

Festivalın müsabiqədənkənar proqramında həmçinin rejissor Nəzrin Ağamalıyevanın “Hədis” animasiya filmi tamaşaçılara təqdim edilib.

Qeyd edək ki, avqustun 5-dən 8-dək davam edən festivalın əsas məqsədi görkəmli qazax alim-mifoloq Serikbol Kondıbayın (1968–2004) zəngin irsini tanıtmaq və Türk dünyası ölkələrinin animasiya sənətini bir araya gətirmək olub.

# 1813 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış bəstəkar vəfat etdi

Tanınmış bəstəkar vəfat etdi

14:30 6 oktyabr 2026
Xalq artisti xəstəxanaya yerləşdirildi

Xalq artisti xəstəxanaya yerləşdirildi

14:27 6 oktyabr 2026
Alban-Udi Dini İcmasının nümayəndələri Laçındakı Ağoğlan Monastırında

Alban-Udi Dini İcmasının nümayəndələri Laçındakı Ağoğlan Monastırında

13:51 6 oktyabr 2026
Avropada yeni konsert modeli - Müğənnilər aylarla səhnədə qalacaq

Avropada yeni konsert modeli - Müğənnilər aylarla səhnədə qalacaq

13:15 6 oktyabr 2026
Məişət ilə dəbdəbəni qarşılaşdıran sərgi keçiriləcək

Məişət ilə dəbdəbəni qarşılaşdıran sərgi keçiriləcək

12:45 6 oktyabr 2026
Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə  dair ekspozisiya

Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya

12:30 6 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər