Kulis.az Günel Mövludun yeni yazısını təqdim edir.
Rusların bir anektodu var. Bir kişinin arvadı otaqdan çıxanda telefonuna mesaj gəlir. Kişi gözucu baxır, görür Vitalik yazılıb. Arvadının sevgilisi olmağından şübhələnir. Plan qurur ki, müəlliməni güdsün.
Arvadına deyir ki, bazar günü balığa gedəcəm, bütün gün də gəlməyəcəm. Sonra gedib qonşu binada ev kirayələyir, elə ev seçir ki, pəncərəsi düz öz evinə baxsın. Bazar gününə qədər də bir durbin tapıb, gedir o evə, başlayır güdməyə.
Bir saatdan sonra görür evin qabağında bir bahalı maşın dayandı. İçindən təpədən dırnağa şıq geyinmiş, hündür, yaraşıqlı, cavan bir oğlan düşdü, bir əlində yekə gül dəstəsi, bir əlində yekə bir çanta. Sonra durbinlə öz evlərinə baxır, görür arvadı əynində gecə xalatı qapını açdı, Vitalik girdi içəri, arvadına gül dəstəsini verdi, qucaqları, əlindən öpdü, sonra qonaq otağında çantasını açdı, ordan təzə telefon, bahalı ətir, şampan, ikra, müxtəlif naz-nemət çıxarıb, düzdü masanın üstünə.
Sonra baxır ki, arvadı ilə oğlan keçdi yataq otağına, orda oğlan soyundu, qolları əzələli, qarnında paxlavalar, qəşəng zaqarı, enli kürəyi, bir sözlə, oğlan elə bil Yunan allahıdır. Sonra da baxır ki, arvadı soyundu, sinəsi sallanıb, qarnı çıxıb, budlarında sellülit...
Kişi durbini əlindən yerə qoyub, əlini alnına çırpıb deyir ki:
- Ay blin, Vitalikin yanında nətər biabır olduq e!
Hər dəfə Bakıya bərk qar yağanda, yollara ovucla duz səpən yazıq dayılarla Norveçdə qarlı yolları snayper kimi şumlayan o maşınlar və o maşınlardakı nordik qardaşları müqayisə edəndə Vitalikin yanında biabır olan o kişi yadıma düşür...