Azər Turanın yeni kitabı çap olunub

Azər Turanın yeni kitabı çap olunub
24 fevral 2025
# 14:45

Ədəbiyyatşünas alim, esseist Azər Turanın “Ulusu sevmək fənni (türk düşüncəsi)” kitabı çap olunub.

Kulis.az xəbər verir ki, “Elm və təhsil” nəşriyyatında çap olunan 936 səhifəlik kitabın elmi redaktoru və ön sözünün müəllifi Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova, rəyçisi və son sözün müəllifi AMEA-nın müxbir üzvü Tehran Əlişanoğludur.

Kitabda əsasən türkçülüyün və türk tarixinin aparıcı hadisələri, türk düşüncəsinin müxtəlif mərhələləri araşdırılır, türkoloji problemlərə toxunulur. Türkçülük, turançılıq məfkurəsinin abidə şəxsiyyətləri barədə portret yazılar təqdim edilir.

Kitabda eləcə də modernizmin türk ədəbiyyatında qoyuluşu və təzahür şəkilləri çağdaş dünya humanitar fikri kontekstində təhlil olunur. “Ulusu sevmək fənni”ndə eyni zamanda, müəllifin İkinci Qarabağ savaşı günlərində qələmə aldığı yazılar, çağdaş Azərbaycan ədəbiyyatının və elmi fikrinin, incəsənətinin görkəmli nümayəndələri barədə son illərdə yazdığı esselərin bir qismi yer alıb.

# 2241 dəfə oxunub

Oxşar xəbərlər

Oxuduqca müəllifə inam artır, amma... - Vüsal Bağırlının "Vertrag"ı nə vəd edir?

Oxuduqca müəllifə inam artır, amma... - Vüsal Bağırlının "Vertrag"ı nə vəd edir?

18:47 3 iyul 2026
Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə Akimova

Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə Akimova

17:50 2 iyul 2026
Linkolnla görüşdü, yazdığı əsərləri unutdu, bir kitabla tarixi dəyişdirdi... - "Tom dayının daxması"nın müəllifi haqqında maraqlı faktlar

Linkolnla görüşdü, yazdığı əsərləri unutdu, bir kitabla tarixi dəyişdirdi... - "Tom dayının daxması"nın müəllifi haqqında maraqlı faktlar

15:00 1 iyul 2026
Tadeuş Borovskinin “düşərgələşmiş insan” obrazı  nəyi təsvir edirdi?

Tadeuş Borovskinin “düşərgələşmiş insan” obrazı nəyi təsvir edirdi?

14:30 1 iyul 2026
"İlyas Göçmənin şəkil dəftəri” kitabında vizual poeziya fenomeni - Gülxani Pənah

"İlyas Göçmənin şəkil dəftəri” kitabında vizual poeziya fenomeni - Gülxani Pənah

10:00 28 iyun 2026
Süni intellekt əsrində yaşayanların stolüstü kitabı - Gələcəyin insanı necə düşünəcək?

Süni intellekt əsrində yaşayanların stolüstü kitabı - Gələcəyin insanı necə düşünəcək?

15:00 25 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər