“Avropanın meydanları” adlı fotosərgi açıldı

“Avropanın meydanları”  adlı fotosərgi açıldı
11 fevral 2026
# 15:40

Altıncı “FantazEU” Mədəni İrs Festivalı çərçivəsində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və “Arts Council Azerbaijan” tərəfindən birgə təşkil edilən, habelə Aİ üzv dövlətlərinin səfirliklərinin dəstəyi ilə keçirilən “Avropanın meydanları” adlı fotosərginin rəsmi açılış mərasimi olub.

Kulis.az xəbər verir ki, Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyundziç çıxışında sərginin Avropa şəhərlərinin tanınmış və az tanınan meydanlarını bir araya gətirdiyini, onların tarixini, memarlıq nümunələrini və sosial əhəmiyyətini əks etdirdiyini vurğulayıb.

Səfir layihənin Avropanın şəhər irsinin zənginliyini və müxtəlifliyini nümayiş etdirdiyini və rəmzi olaraq Azərbaycanda elan olunan “Şəhərsalma və Memarlıq İli”ndə baş tutduğunu qeyd edib.

“Arts Council Azerbaijan”ın rəhbəri və festivalın kuratoru Dadaş Məmmədov açılış mərasimində çıxış edərək bildirib ki, “FantazEU” tədbiri artıq altıncı ildir keçirilir və Azərbaycan ilə Avropa İttifaqı arasında mədəni dialoq üçün mühüm platformaya çevrilib. O, festivalın beynəlxalq tərəfdaşları bir araya gətirən davamlı mədəni təşəbbüs kimi əhəmiyyətini vurğulayıb, həmçinin Avropa İttifaqına, Aİ-yə üzv dövlətlərin səfirliklərinə əməkdaşlığa və dəstəyə görə minnətdarlığını bildirib.

Sərgidə Avstriya, Belçika, Bolqarıstan, Xorvatiya, Çexiya, Fransa, Almaniya, Macarıstan, Latviya, Litva, Niderland, Polşa, Rumıniya, Slovakiya, İsveç və Azərbaycan səfirlikləri tərəfindən təqdim edilən fotoşəkillər nümayiş olunur. Fotosərgi meydanların ictimai həyat, tarixi yaddaş və sosial qarşılıqlı əlaqə mərkəzləri kimi rolunu əks etdirir.

“Avropanın meydanları” fotosərgisi “Crescent Mall”da nümayiş olunur və fevralın 13-nə qədər davam edəcək.

# 1126 dəfə oxunub

Oxşar xəbərlər

Həbsxanadan rejissorluğa:  “Adolescence” ulduzu həyatı əsasında film çəkdi

Həbsxanadan rejissorluğa: “Adolescence” ulduzu həyatı əsasında film çəkdi

18:00 26 oktyabr 2026
“Zaman səyyahının arvadı”  romanının müəllifinin yeni əsəri çap olundu

“Zaman səyyahının arvadı” romanının müəllifinin yeni əsəri çap olundu

17:30 26 oktyabr 2026
75 min dollarlıq  mükafatın qalibi açıqlandı

75 min dollarlıq mükafatın qalibi açıqlandı

17:00 26 oktyabr 2026
BTS-in lideri muzeyi fəth etdi - Sərgiyə 66 mindən çox bilet satıldı

BTS-in lideri muzeyi fəth etdi - Sərgiyə 66 mindən çox bilet satıldı

16:30 26 oktyabr 2026
Kris Braun hakim qarşısında - Müğənnini üç ilədək həbs cəzası gözləyir

Kris Braun hakim qarşısında - Müğənnini üç ilədək həbs cəzası gözləyir

16:00 26 oktyabr 2026
Mayk Tayson  Türkiyə serialında çəkiləcək

Mayk Tayson Türkiyə serialında çəkiləcək

14:30 26 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər