Amerikalı pop ulduz Teylor Svift süni intellekt tərəfindən yaradılan saxta görüntülərə və səs təqlidlərinə qarşı mübarizə aparanlar sırasına qoşulub.
Kulis.az xəbər verir ki, müğənni rəsmi olaraq səsini və xarici görünüşünü əmtəə nişanı (marka) kimi qeydiyyatdan keçirmək üçün ABŞ-da müraciət edib.
Bu addım, internetdə sənətçinin adından istifadə edilərək yaradılan manipulyasiya xarakterli videoların və saxta reklamların qarşısını almaq məqsədi daşıyır.