Almaniyada həvəskar "arxeoloq" tarixi qalaya zərər yetirdi

Almaniyada həvəskar "arxeoloq" tarixi qalaya zərər yetirdi
6 aprel 2026
# 14:00

Almaniyanın Eisenak şəhəri yaxınlığındakı Metilstein qalası qalıqlarında icazəsiz qazıntı işləri aparan bir şəxs tarixi abidəyə zərər vurma riski yaradıb.

"Euronews"un verdiyi xəbərə görə, XIII əsrə aid divar qalıqlarını özbaşına üzə çıxaran şəxs, məqsədinin qalanı "bərpa etmək" və görünən hala gətirmək olduğunu bildirsə də, mütəxəssislər bunun ciddi bir xəta olduğunu vurğulayıblar.

Arxeoloqların fikrincə, lazımi mühafizə tədbirləri görülmədən açılan sahələr xarici təsirlər nəticəsində sürətlə məhv ola bilər.

Hadisə ilə bağlı hüquqi araşdırma başladılsa da, tapıntılar yenidən torpaqla örtülərək mühafizə altına alınıb.

Bu hadisə tarixi irsin qorunmasında peşəkar müdaxilənin və torpaqaltı mühafizənin nə qədər mühüm olduğunu bir daha gündəmə gətirib.

# 1290 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış sosial media fenomeni həbs olundu

Tanınmış sosial media fenomeni həbs olundu

18:46 27 noyabr 2026
“Şamaxı” sənədli filminin təqdimatı keçiriləcək

“Şamaxı” sənədli filminin təqdimatı keçiriləcək

18:23 27 noyabr 2026
“Aclıq oyunları”nın yeni filmi 225 milyon dollar gəlir əldə etdi

“Aclıq oyunları”nın yeni filmi 225 milyon dollar gəlir əldə etdi

17:58 27 noyabr 2026
Kino tarixinin yaddaqalan səhnələrini göstərən sərgi açıldı

Kino tarixinin yaddaqalan səhnələrini göstərən sərgi açıldı

17:19 27 noyabr 2026
Məşhur türkiyəli jurnalistlər saxlanıldı - Səbəb

Məşhur türkiyəli jurnalistlər saxlanıldı - Səbəb

16:37 27 noyabr 2026
Nizami Kino Mərkəzinin divarına qraffiti çəkənlərin məhkəməsi başladı

Nizami Kino Mərkəzinin divarına qraffiti çəkənlərin məhkəməsi başladı

15:52 27 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər