Yeni il tamaşalarına yekun vurulub

Yeni il tamaşalarına yekun vurulub
6 yanvar 2020
# 09:48

Hər il olduğu kimi, bu il də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə yeni tamaşalarla balacaların görüşünə gəlib.

Sənət ocağının yaradıcı kollektivi qış tətili günlərində uşaqların mənalı istirahətini təmin etmək üçün bu dəfə onları bayram əhval-ruhiyyəli “Şaxta baba, Bremen musiqiçiləri və Penin nağılı” tamaşası ilə sevindirib.

Yanvarın 5-dək davam edən maraqlı və macəra dolu Yeni il tamaşaları hər gün dörd seans olmaqla nümayiş edilib. Tamaşada Yeni il bayramının rəmzləri olan Şaxta baba, Qar qız və balacaların sevimli nağıl qəhrəmanları onları duzlu-məzəli söhbətləri ilə əyləndirərək sonda hədiyyələrlə sevindirib.

Rəngarəng dekorasiyaları, işıq effektləri, şən musiqilərı və teatrın balet truppasının rəqsləri ilə zövq oxşayan tamaşanın quruluşçu rejissorları Anar Babalı və Zaur Əliyev, quruluşçu baletmeysterləri – Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, quruluşçu rəssamı Afaq Bayramova, rejissoru Elməddin Dadaşov olub.

Bayram tamaşasında rolları Əməkdar artist Novruz Qartal, aktyorlar Əmrah Dadaşov, Ruslan Mürsəlov, İrana Kərimova, Pərvin Dadaşova, Zaur Əliyev, Zarina Qurbanova, Mehriban Rəcəbova, Eleanora Mehdiyeva, Nərmin Əliyeva, Fərid Rzayev, Murad Əliyev, Elməddin Dadaşov, Əli Kərimov, Elnur Zeynalov, kiçik yaşlı aktyor Rahib Məmmədzadə ifa ediblər. /azertag.az/

# 3596 dəfə oxunub

Oxşar xəbərlər

"Söhbət zamanı kiminsə adını çəkmək təsadüfi bir sığala bənzəyirdi..." - Holland yazıçıdan sitatlar

"Söhbət zamanı kiminsə adını çəkmək təsadüfi bir sığala bənzəyirdi..." - Holland yazıçıdan sitatlar

13:30 30 oktyabr 2026
Qarabağ Milli Parkının yaradılması ilə bağlı işlərə başlanıldı

Qarabağ Milli Parkının yaradılması ilə bağlı işlərə başlanıldı

13:21 30 oktyabr 2026
"Kirpi" jurnalının hədəfi oldu, Ələkbər Tağıyev ona qadağa qoydu - Məmmədbağır Bağırzadə niyə həbs olunmuşdu?

"Kirpi" jurnalının hədəfi oldu, Ələkbər Tağıyev ona qadağa qoydu - Məmmədbağır Bağırzadə niyə həbs olunmuşdu?

13:00 30 oktyabr 2026
Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi

13:00 30 oktyabr 2026
"The Odyssey" rəqəmsal plartformalarda - Tarixi açıqlandı

"The Odyssey" rəqəmsal plartformalarda - Tarixi açıqlandı

12:30 30 oktyabr 2026
Piter Cekson bədii kinoya qayıdır - 12 il sonra

Piter Cekson bədii kinoya qayıdır - 12 il sonra

12:00 30 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər