Ölüm çoxlarına toy-bayram gəlir - Zakir Məmmədəlinin şeiri

Ölüm çoxlarına toy-bayram gəlir - Zakir Məmmədəlinin şeiri
20 aprel 2020
# 14:40

Kulis.az Zakir Məmmədəlinin “Qıratların yolları bağlı...” şeirini təqdim edir.

Şair dostum Tofiq Nurəliyə məktub

Şairim, o boşluq taleyimizə
dünəndə-bugündə əkilən deyil.
Əsrlər üstündən yol alıb gəlir,
kölgəsi asanca çəkilən deyil.

Ulu yurd yerimiz Üç Müəzzinim,
əzanın, Quranın gövhəri, kanı.
Erməni keşişi yurd saldı burda,
fərqinə varmadı Şahi-mərdanım...

Çaldıran çölünü viranə qoydu,
o kölgə qol-qanad açdı, uzandı.
Böyük cahangirin qəlp törəməsi
eldən üz çevirdi, əslini dandı.

İrəvan xanını uddu o boşluq,
Cavad xan inlədi, biçarə qaldı.
Yolların qanına susadı boşluq,
uddu dilim-dilim, çevrə daraldı...

Mərd oğlu mərddilər, alqış onlara! –
Bizi belə öydü İskəndər Düma.
Mərdi qova-qova namərd edərlər,
bunu da söylədi bizim el-oba.

Bağladı yolları, bəndi-bərəni,
o boşluq birbəbir uddu mərdləri.
Şair oyandı ki, sabaha yol yox,
divar saatının donub əqrəbi...

Adil Mirseyidin yuxusu qaçıb,
divardan asılmış tüfəng axtarır.
Yəhərli-yüyənli kəhər belində
qılınclı-qalxanlı ərən axtarır.

Göydən od ələyir qırıcı “quşlar”,
tüfəngə lüzum yox, bazarı bağlı.
Göydə şər atının meydanı əngin,
yerdə qıratların yolları bağlı...

Türkün sürüsündə çoban itinin
hikkəsi səngiyib, dişi korşalıb.
Kəhərlər səsini çəkib içinə,
qılınclar qınında çoxdan paslanıb.

Nələr gəldi başa, vətən övladı,
ölüm çoxlarına toy-bayram gəlir.
Üzündən-gözündən silib dəhşəti
bəzənib-düzənib al-əlvan gəlir.

Tanrı dərgahına nə üznən gedək,
necə yalvaraq ki, qaytar yolları?
Bir dəfə verilir millətə fürsət,
fürsət qaçıranın halı zavallı.

Gallery

# 5058 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər