Ləpə satan qadını ağladan bayraq 

Ləpə satan qadını ağladan bayraq 
21 oktyabr 2020
# 10:42

Şəhərdə yaşayan insanlarıq hamımız. Böyük göydələnlərin, binaların içində fərqli-fərqli həyatlar, talelər yaşayırıq.

Həmişə avtobusdan binaların pəncərələrinə baxıram. Düşünürəm ki, orda yaşayan adamlar indi neyləyir? Nə işlə məşğuldur? Kədərlidir, ya sevinclidir?

Mənzillərdə yaşayan insanların ağrı-acılarını çox vaxt görmürük, ordan-burdan eşidirik. Bəzən də bizim özümüz hadisələrin mərkəzində dayanırıq.

Bəs küçələrdəkilər?

Küçələr ədəbiyyatla, onun obrazlarının ürək çırpıntıları, əzabları, həyatları ilə doludur.

Onları çox vaxt küçədə görərkən, görməzdən gəlir, tələsdiyimiz yerlərə üz qoyuruq.

Nizami küçəsində başında şalı, üzündə ağrı daşıyan bir qadın görə bilərsiniz. Hər gün küçənin kandarında ləpə sataraq dolanmağa çalışır.

Bu günlərdə sosial şəbəkələrdə həmin ağbirçəyin fotosu yayılmağa başladı.

O tərəflərdə bayraq paylayan gənclər bu qadına da Azərbaycan bayrağı veriblər. Qadın qəfil hönkürtü ilə ağlamağa başlayıb.

Səbəbini soruşanda, deyib ki, 1992-ci ildə Qarabağ döyüşlərində qardaşım şəhid olub. Bayraq ona qardaşını, onun itkisini xatırladıb.

Nədənsə, bu qadın mənə rus yazıçısı İvan Turgenevin bir əhvalatını xatırlatdı.

Bir gün şaxtalı havada Turgenevin qarşısına dilənçi çıxır. Soyuqdan əsən dilənçi Turgenevdən pul və yeyəcək istəyir. Onun dilənçiyə verəcək heç nəyi olmur. Üzrxahlıqla onun əlini öz əllərinin arasına alır, şəfqətlə əllərini isidir. Sonda utancaq bir şəkildə “Qardaş, bağışla pulum yoxdur” deyir, ardınca da “Sənə heç nə verə bilmirəm” deyə əlavə edir. Dilənçi isə cavabında: “Siz mənə çox şey verdiniz. Əllərimi isidib “qardaşım” dediniz. Bundan böyük nə var ki?"

İndi bu qadına baxanda təsəlli edəcək sözlər tapa bilmirəm. Nə desəm qardaşı qayıtmaz. Ancaq bu günlərdə ordumuzun Qarabağda uğurlu əməliyyatları yəqin ki, qadının ürəyinə su səpər. Ürəyindən tikan çıxar, az da olsa içindəki ağrı yüngülləşər.

Bir dostum var, dükanda satıcı işləyir. Bir qadın tez-tez onun yanına gəlir. Bəzən saatlarla ona baxır, danışır, gözünün yaşını silir, gedir.

Səbəbi çox kədərlidir: şəhid düşən oğluna bənzəyir dostum.

Ona görə vaxt tapdıqca dükana üz tutur, hətta bəzən dostumun işlərinə mane olur.

Keçənlərdə türkiyəli siyasətçi Ruhi Ərsoyun şəhid olan əsgərin 5 yaşlı qızı ilə dialoqu ağlatdı məni.

Uşağın əlində bərk-bərk tutduğu mavi şar vardı.

- Bir yerdə oynayaq? - dedim.

- Olmaz, partlasa ölərəm

- Partlasa, mən sənə minlərlə şar alaram

- Olmaz, bu şarı atam şişirdib, içində onun nəfəsi var.

O qadına içində qardaşının nəfəsi olan qələbə xəbərini vermək keçir könlümdən...

Məncə, az qaldı.

Arzumuz gözümüzdə qalmaz, inşallah.

# 7025 dəfə oxunub

Oxşar xəbərlər

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

19:40 13 noyabr 2026
Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

18:40 13 noyabr 2026
Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

17:57 13 noyabr 2026
"Ulduz müharibələri" filmində  istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

"Ulduz müharibələri" filmində istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

17:26 13 noyabr 2026
Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

16:51 13 noyabr 2026
“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

16:43 13 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər