İki dil bilmək uşaqların nitqinə ziyandırmı?

İki dil bilmək uşaqların nitqinə ziyandırmı?
3 avqust 2021
# 18:21

Kulis.az Cavid Musanın “İki dillilik” yazısını təqdim edir.

İki dillilik (Bilingualizm)

Günlük həyatda iki dili istifadə edərək ünsiyyət qurma bacarığına iki dillilik deyilir. Bəzi insanlar narahat olurlar ki, iki dillilik (bilingualism) uşaqları akademik uğursuzluğa, dil gecikməsinə aparır, amma tətqiqatlar bu fikri təsdiqləmir. Uşaq beyini iki dili də eyni zamanda öyrənmə gücünə malikdir.

İki dilli uşaqların dil inkişafı hər dildə eşitdiyi nitqin kəmiyyət və keyfiyyəti ilə birbaşa əlaqəlidir, qarşılıqlı əlaqədə eşidilən körpə yönümlü nitqin miqdarı birbaşa o dilin böyüməsinə təsir edir.

Məsələn: çox yüksək keyfiyyətdə ingilis dilini eşitmək ingilis dilinin inkişafına xidmət edər, amma kifayət qədər ispanca eşitmə olmasa ispan dili inkişaf etməz.

Uşaqlar axıcı, səlis nitqi sosial əlaqədə danışıq ilə daha yaxşı öyrənirlər. İki dil öyrənmək üçün erkən yaşlar (2-3) daha əlverişlidir.

İki dilli ailələr

Fərqli millət nümayəndələrinin evliliyi, ya da başqa bir ölkəyə köç edildiyində uşaq doğduğu andan etibarən iki dilə məruz qalır, həmçinin bu dili eyni zamanda öyrənməsi gərəkir. Bu proses əslində uşaqlar üçün çox da çətin deyildir. Bir sözlə, uşaqlar düzgün ünsiyyət görürlərsə hər iki dili eyni səviyyədə danışmaq bacarığına sahib ola bilirlər. Sosial bacarıqlar və özgüvən etibarı ilə iki dilli olmaq üçüncü dili də öyrənməyə daha çox zəmin yarada bilir.

İki dilli uşaqlar dilləri qarışdırırmı?

Xeyr, eyni vaxtda iki dil öyrənən az yaşlı uşaqların dilləri qarışdırmasına dair bir subut yoxdur, uşaqlar qarşılıqlı ünsiyyətdə olduğu adamın dilinə adaptasiya olacaq və hər iki dilə fərq qoymağı biləcəklər.

Ciddi tətqiqatlar göstərir ki, iki dilli uşaqlar danışıq dillərini iki yaşından daha əvvəl ayırd edə bilirlər. Bəzən həm valideynlər həm də uşaqlar eyni cümlə içində dilləri qarışdıra bilirlər. Bu nitq pozuntusu sayılmaz, normal bir haldır.

İki dillilik nitq gecikməsinə səbəb ola bilər?

Xeyr, iki dillilik nitq gecikməsinə və ya ləngiməsinə səbəb deyildir. Araşdırmalar göstərir ki, hər iki dil diqqətə alındığında (yüksək səviyyəli qarşılıqlı canlı ünsiyyət) iki dilli uşaqlar öz həmyaşıdlarından geri qalmır.

Danışığı gecikmiş bir iki dilli uşaq (məsələn ilk sözü 18 aya qədər demədiyi halda) fiziki və psixoloji inkişaf üçün müayinə edilməlidir.

Televiziya, internet, videolar 2.5 və ya 3 yaşdan kiçik tək dilli uşaqların ikinci dili öyrənməsinə kömək etmir. Körpələr və az yaşlı uşaqlar böyükləri dinləyərək, onlarla qarşılıqlı ünsiyyətdə olaraq yeni sözlər öyrənir, dil inkişaf etməyə başlayır. Tv və videolar deyil, gerçək insanlar ve gerçək ünsiyyət uşaqların inkişafına kömək edir.

İki dil bilməyin faydaları

Bilingualizm səs-simvol fərqliliyi, qrammatika biliyi və lüğət ehtiyatı vasitəsiylə uşaqların dil və ibtidai savad inkişafına kömək edir. Yeni bir dil öyrənmək beyin funksionallığını artırır, zehni rahatlığı və yaradıcılığı təmin edir. İki dilli fərdlər fərqli adət-ənənələri, ideyaları, müxtəlif mədəniyyətlərin incəliklərini görürlər, gələcəyə doğru daha çox təcrübə qazanırlar. İki dilli olmaq özünü müsbət cəhətdən səyahət zamanı da göstərir, uşağın dil problemi yoxdur, birbaşa yerli insanlarla ünsiyyət qurur və bir çox yeni informasiyalar əldə edir. Beləliklə səyahət uşaqlar üçün daha əyləncəli və maraqlı olur. Valideynlər, ailə üzvləri, uşaq dayələri iki dil öyrənmə mühitini dəstəkləməli, hər iki dilə dəyər verməlidirlər, iki dilli olma uşaqlar üçün elmi, sosial, praktik faydaları vardır.

# 4284 dəfə oxunub

Oxşar xəbərlər

“Klassik musiqi həvəskarları klubu”nun növbəti tədbiri

“Klassik musiqi həvəskarları klubu”nun növbəti tədbiri

17:30 2 iyun 2026
III Kəlağayı Festivalı  təşkil olundu

III Kəlağayı Festivalı təşkil olundu

17:13 2 iyun 2026
“Ləzginka” rəqs ansamblı  Bakıda konsert proqramı ilə çıxış etdi

“Ləzginka” rəqs ansamblı Bakıda konsert proqramı ilə çıxış etdi

16:20 2 iyun 2026
"Qadın beyninin necə işlədiyi kişilərin o qədər də vecinə deyil..." - Kerol Şilds

"Qadın beyninin necə işlədiyi kişilərin o qədər də vecinə deyil..." - Kerol Şilds

15:30 2 iyun 2026
Gənc reper faciəvi şəkildə vəfat etdi

Gənc reper faciəvi şəkildə vəfat etdi

15:12 2 iyun 2026
Məzar daşın nida kimi dikəlmiş... - Məcnun Göyçəlinin şeirləri

Məzar daşın nida kimi dikəlmiş... - Məcnun Göyçəlinin şeirləri

13:30 2 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər