20 manatlıq əsginas, Xarıbülbül və al-əlvan Vətən bağı...

20 manatlıq əsginas, Xarıbülbül və al-əlvan Vətən bağı...
8 dekabr 2020
# 13:41

Son günlər bütün ölkə 20 manatlıq əsginası müzakirə edir. 20 manatın üzərindəki xarıbülbül təsviri, qılınc-qalxan rəsmi və daha nələr haqqında danışılır.

Bir çox insan deyir ki, Şuşanın işğaldan azad ediləcəyi 20 manatın üzərində dolayısı yolla yazılıbmış.

Hərə bir fərziyyə irəli sürür.

Bütün bu müzakirələrin içində məni ən çox sevindirən isə insanlarda xarıbülbülə qarşı böyük sevginin yaranmasıdır.

Həmişə Şuşanın simvolu sayılan bu gülə yenidən öz əzəmətini qaytarırıq.

Düzünə qalsa, biz xarıbülbülü heç vaxt unutmamışdıq, amma Şuşa işğal edildikdən sonra onun adını dilimizə gətirməyə ürək eləmirdik. Həm də bu gülün yalnız o torpaqlarda bitməsi bizi daha da qüssələndirirdi.

Vəziyyətimiz Ağabəyim Ağanın əhvalatındakı kimi idi. Hətta daha pis. Bizim nə Vətən bağımız al-əlvan idi, nə də bu bağın içində xarı bülbülümüz bitirdi.

Şəhidlərimizin məzarına qərənfillər düzürdük.

Kədərli qərənfillər...

Bu iki gülü müqayisə etməyə çalışıram. Biri çox kədərli görünüşə malik, faciədən xəbər verən, digəri isə ümidli və xoş günlərin müjdəçisi...

Niyəsə heç vaxt qərənfili sevə bilməmişəm.

Yəqin, heç birimiz o gülü sevməmişik.

Çünki, bizə həmişə faciələrimizi - Xocalını, “20 yanvar”ı xatırladıb. Məktəb vaxtı da bir çoxumuz bu gülü boynubükük, üstündən qan damlayan formada təsvir edirdik.

Hə. Heç sevmirdim qərənfili.

Bu gün isə biz qalib tərəfik və bundan sonra şəhidlərimizin məzarını xarıbülbül ilə ziyarət edə biləcəyik. Bundan sonra alnımız açıq, başımız dikdir.

Əgər Azərbaycanı al-əlvan bir bağ kimi təsəvvür etsək, orada çatışmayan xarıbülbül də Şuşadır.

İndi həm bağımız al-əlvandır, həm də içində xarıbülbülümüz var.

Bundan sonra bəlkə qərənfillər də xoşbəxt olar!

# 6328 dəfə oxunub

Oxşar xəbərlər

“ANIMAFILM Lənkəranda” tədbiri keçiriləcək

“ANIMAFILM Lənkəranda” tədbiri keçiriləcək

16:30 4 may 2024
"Ədəbiyyat müharibəmi bitirirəm" - Həmid Herisçi Anarla görüşündən yazdı

"Ədəbiyyat müharibəmi bitirirəm" - Həmid Herisçi Anarla görüşündən yazdı

15:17 4 may 2024
Şahnaz Şahinin kitabı Təbrizdə çap olundu

Şahnaz Şahinin kitabı Təbrizdə çap olundu

13:45 4 may 2024
Əli Əmirlinin "Xeyir xəbər" pyesi əsasında yeni tamaşa hazırlanır

Əli Əmirlinin "Xeyir xəbər" pyesi əsasında yeni tamaşa hazırlanır

13:00 4 may 2024
Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş sərgi açıldı

Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş sərgi açıldı

11:40 4 may 2024
Azərbaycan Milli Xalça Muzeyində sərgi açıldı - "Xalçalarda yaşayan tariximiz”

Azərbaycan Milli Xalça Muzeyində sərgi açıldı - "Xalçalarda yaşayan tariximiz”

11:00 4 may 2024
#
#
# # #