1 aprel Gülüş gününün əsl tarixçəsi

1 aprel Gülüş gününün əsl tarixçəsi
1 aprel 2022
# 17:00

Kulis.az Ümumdünya Gülüş günü haqqında maraqlı məlumatları təqdim edir.

Aprelin 1-i dünyanın bir çox ölkəsində gülüş və ya aldatma günü kimi qeyd olunur. Bu günün mahiyyəti ilə bağlı müxtəlif versiyalar mövcuddur. Bu barədə ən geniş yayılmış məlumatlardan biri müsəlman qırğını ilə bağlıdır. XV əsrin sonlarında xristian ordusu Əndəlüs müsəlmanlarının son qalasını mühasirəyə alır. Uzun sürən savaşda müsəlmanlar qəhrəmancasına döyüşürlər. Düşdüyü vəziyyətin çətinliyini anlayan xristian ordusunun komandanı hiyləyə əl atır. 31 mart gecəsi bir əlində Quran, digər əlində İncil qalanın önünə gələrək “bu iki kitaba and içirəm ki, təslim olsanız, bu axşam sizə heç bir şey etməyəcəyəm”, - deyir.

Mühüm görüşlərdən sonra canlarının qurtulması qarşılığında müsəlmanlar qalanı xristianlara təslim edirlər. Səhər, yəni aprelin 1-i xristian komandan bütün müsəlmanların öldürülməsi haqda əmr verir. Ona verdiyi sözü xatırladan müsəlmanlara "mən dünən axşam üçün söz vermişdim, bu gün üçün deyil”, – deyir və onları edam etdirir. O gündən bəri aprelin 1-i xristianlar arasında “Hiylə - aldatma” günü kimi qeyd olunur.

Başqa bir rəvayət isə Fransa kralı ilə bağlıdır. 1564-cü ildə Fransa kralı IX Çarlz ilin 1 yanvar tarixini ilin başlanğıc günü təyin etdi. Bundan əvvəl Avropada ilin ilk günü 25 mart idi. Bu xəbəri eşidənlər etiraz məqsədi ilə köhnə adətlərinə davam edərək aprel ayında şənliklər keçirdilər. Başqaları isə onları aprel axmaqları adlandırdı, 1 aprelə axmaqlar günü adını verdilər.

The possibly bizarre death of King Charles IX | The Swamp

Ən çox yayılmış versiyanın kökü gedib qədim Romaya çıxır. Romada təxminən 2000 il əvvəl hazırkı gülüş gününə oxşar bayramlar təşkil edilirmiş və bu bayramı ağılsızların günü adlandırırlarmış. Hər şey isə qapı qulluqçularından birinin imperator Konstantinə zarafatla gülüşün dövlətə onun özündən çox fayda verə biləcəyini deyəcək qədər ürəklənməsindən başlayıb. Konstantin ona söylədiklərini həyata keçirmək imkanı verib və xüsusi qərar çıxarıb ki, ilin bir günü Romanı zarafatcıl şəxs idarə etsin. Həmin tarixdə ölkənin hər yerində insanlar gülür və müxtəlif zarafatlar edirmişlər.

Bəzi tədqiqatçıların fikrincə, bu ənənə Qədim Hindistanda meydana gəlib. Hindistanda martın 31-i "Gülüş günü" kimi tarixə düşüb.

Almaniya və Avstriyada aprelin 1-i xoşbəxt olmayan gün sayılırmış. Hesab edirlərmiş ki, bu tarixdə anadan olan adamın həyatda bəxti gətirməyəcək. Ona görə ki, aprelin 1-də İsa Məsihi satan Yəhuda anadan olub. Şeytanın göydən yerə endiyi gün kimi dəyərləndirilən həmin tarixdə kəndlərdə heç kəs işləmirmiş. Həm böyüklər, həm də uşaqlar bir-birilərini aldadaraq əslində yerinə yetirilməsi mümkünsüz olan tapşırıqların arxasınca göndərirlərmiş.

April Fools' Day – Origin, Meaning, History & Pranks

1 apreli gülüş günü kimi qeyd etmək Azərbaycana SSRİ-dən xatirə qalıb. Hazırda dünya əhalisinin 70 faizi 1 apreli gülüş günü kimi qeyd edir, dost-tanışla zarafatlaşır.

Bonus – Gülüş günündə doğulan məşhurlar

Nikolay Qoqol

İşinə nifrət edən dahi: Qoqol

Otto fon Bismark

Alman kansleri Otto fon Bismark (1871-1890).

Yılmaz Güney

Yılmaz Güney - Vikipedi

Aqil Abbas

AQİL ABBAS: NƏCMƏDDİN SADIQOV AZ QALA ÇEVRİLİB DÖVLƏT SİRRİNƏ

Ayxan Ayvaz

Ayxan Ayvaz ata oldu

Vilayət Hacıyev

Vilayət Hacıyev: Avropa mifini özümüz yaratmışıq, özümüz də dağıtmalıyıq

Zamin Hacı

Seymur Baycan və cır əzgil haqda - Zamin Hacı yazır...

Qəşəm Nəcəfzadə

Söyüdlü arxın düşüncələri - Qəşəm NƏCƏFZADƏ yazır | Edebiyyatqazeti.az

Azər Abdulla

Peşmanlıqdan sevincə keçid - Azər Abdulla yazır

Pərviz Bülbülə

Pərviz Bülbülə uşaqları ilə - VİDEO

# 3720 dəfə oxunub

Oxşar xəbərlər

İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
# # #