Tələbələri intihara yönəldən elmi ədəbiyyat - TƏHLİL
15 iyul 2011
14:58
Ölkədə tələbələrin növbəti imtahan iztirabları başa çatıb.
Məncə, imtahandan xoşu gəldiyini iddia eləyən tələbə, dünyanın ən saxta tələbəsidir. Təcrübədən bilirəm ki, imtahan sessiyası dövrü çoxlu pulu və ya güclü arxası olmayan tələbələrin həyatında psixoloji fəlakət müddətidir.
Birinci kursda ali məktəb müəllimləri ilə olan ilk imtahan tanışlığı nə vaxtsa tələbə olmuş hər kəs üçün ömür boyu unudulmayan hadisədir.
Birinci kursu kəsirlə başa vuran tələbələr arasında intihar haqqında düşünməyənlərin sayı yəqin ki, çox azdır. Və doğrudur ki, illər sonra tələbəlik dövrünün absurdları arasında bu psixoloji halın olduğunu da düşünüb vaxtilə nə qədər idiot olduğumuzu özümüzə bağışlaya bilmirik.
Qrup nümayəndəsinin təqdim etdiyi pul siyahısında adını görməyən rüşvətxor universitet müəllimi səni imtahandan kəsmək üçün hansı oyunlardan çıxmır?! “Get bala, öyrənəndə gələrsən” deyə üzünə qayğıkeş insan ifadəsi verən filan professor səndən fərqli olaraq kitabın və mühazirə dəftərinin üzünü açmayan yoldaşına qiymət yazır. Çünki onun adı məlum siyahıdadır. Və beləcə, tələbələr ali məktəbdə ədalətsizliklə ilk tanışlığa başlayırlar. Stendlərə asılan “müəllim adının hər şeydən uca olduğu” barədə aforizm bir anda gözündən ayağının altına düşür.
1994-cü ildə BDU-nun tarix fakültəsində imtahan zamanı müəllimin onu kəsmək üçün min hoqqadan çıxdığını görən və buna dözməyən tələbənin “Tüpürüm sizə də, sizin universitetinizə də. Alın, sizə olsun bu rüşvətxana, oğraş yığnağı” deyib tələbə biletini ataraq çıxıb getdiyini xatırlayıram. O vaxt bu hadisə universitetdə böyük hay-küyə səbəb olmuşdu. Ardından həmin fakültənin Sevda adlı bir tələbəsinin rüşvətxorluqda ad çıxarmış psixologiya müəlliminin 5 qarşılığında pul istəməsi üzərinə “Mən atamın camaatın çirkli üz-başını qırxmaqla qazandığı pulları sənin kimi rüşvətxora vermərəm. İstəyirsən yaz, istəmirsən, cəhənnəm ol” dediyini də xatırlayıram. Tələbələrin “cəddi olmayan seyid” deyə tənə etdikləri bu psixologiya müəllimi kafedra qarşısında tələbələrin etiraz aksiyasından sonra Sevdanın beşini yazmağa məcbur olmuşdu.
Rüşvətə ümumiyyətlə qarşıyam. Təhsildə rüşvət isə bağışlanmaz cinayətdir. Universitetdə aldığım 6 illik təhsil müddətində bir dəfə də olsun rüşvət verməmişəm. Bizim vaxtımızda BDU-da oxuyan tələbənin qiyməti müharibə ilə olsa da alması mümkün idi, oxuyan tələbənin qiymətini əskik də olsa verirdilər. Tələbə yoldaşlarım Yaqub Vəliyev, Bayram Allahverdiyev kimi müəllimlərdən sadəcə, oxumaqla qiymət almağın mümkün olmadığına inanırdılar. Amma bunun əksini isbat etməyi bacarmışdım. Çox vaxt mənə elə gəlirdi ki, təhsildə rüşvətin əsasını elə rüşvət verən tələbələrlə onların valideynləri qoyur. Zaman keçdikcə bu fəlsəfəmin yüz faiz doğru olduğuna şübhələrim artır. Məcburiyyət qarşısında rüşvət vermək lazım gəldiyinə də inanıram. Müəllimlərin tələbələri imtahanda ilişdirmək üçün mühazirələri anlaşılmaz bir üslubda yazdırmaları faktı ilə də universitet tələbəsi olarkən rastlaşmışam.
Bu yaxınlarda ADPU və BDU-dan olan iki müəllimin kitabını və mühazirə mətnlərini redaktə edərkən bir şeyə daha çox əmin oldum: onlar məhz rüşvət almaq perspektivini düşünərək elmi əsərlərini qəsdən tələbələrin başa düşməyəcəyi tərzdə yazırlar.
“Dünyanın təsərrüfat coğrafiyası”na aid dərsliyi redaktə edərkən son dərəcə çətinliklə üzləşdim. Coğrafiya ilə bir əlaqəm olmasa da, bu sahəni sevirəm və demək olar ki, ondan bir qədər də başım çıxır. Əvvəlcə kitabı oxuyub nədən bəhs edildiyini anlamağa çalışdım. Çünki redaktə zamanı qavramanın çox vacib olduğunu düşünürəm. Həmin kitabda çətin anlaşılan (yaxud da, anlaşılmayan) kifayət qədər cümləyə rast gəldim. Məsələn, “Atomun, molekulun, canlı hüceyrənin gələcəkdə öyrənilməsini gücləndirməyə istiqamətləndirilməsi təbiət elmlərinin üstün obyektidir, səhiyyə və bütövlükdə xalq təsərrüfatının institutsional inkişafı üçün çox böyük zəminləri şərtləndirir”.Yaxud “Müasir dövrdə maşınqayırmanın sahələrindən, elmi-texniki tərəqqinin «katalizatoru» olan dəzgahqayırma, cihazqayırma, elektrotexnika, xüsusilə, elektronika, hesablama texnikasının istehsalı, robot texnikası, informasiya sənayesi üçün inkişaf edən başlıca istiqamətləri arasında, çevik avtomatlaşdırılmış istehsal (ÇAİ), rotor və rotor-konveyer xətti, xalq təsərrüfatına hesablama texnikasının tətbiqi və istehsalı, avtomatlaşdırılmış layihələşdirmə sistemləri durur”. Və yaxud, “Xidmət sahələrində (texniki, tədqiqat sahəsində, təhsildə və s.) yeni funksiyaların yaranması ilə əlaqədar, onun strukturlarında dəyişmələr, makrosəviyyədə üçüncü bölmənin gələcəkdə payını və rolunu genişləndirəcəkdir ki, bunun da nəticəsi olaraq təsərrüfatın yeni sahələrinin bioindustrial informasiya sənayesinin mezosəviyyədə ikinci bölməsi formalaşacaqdır”.
Bu qəbildən olan cümlələri işarələyib, daha asan başa düşüləcək şəkildə ifadə olunması məqsədilə müəlliflə danışdım. Ondan burada nə demək istədiyini soruşdum. Müəllif mənə özümü çox yormamağı, dərinə getməməyi cidd-cəhdlə tövsiyə edirdi. Doğrusu, belə yanaşma çox qəribə gəldi. Məntiqlə o, kitabın yüksək səviyyədə redaktəsində maraqlı olmalıydı. Çünki bu onun zəhmətinin məhsuludur, onun adına çıxacaq və nəhayət buna görə, redaktora pul ödəyəcək. Bacardığım qədər cümlələri anlaşıqlı bir şəklə salmağa çalışdım. Çox mürəkkəbləri bir neçə yerə böldüm, baş-ayaq olanları sistemə saldım. Rus dilindən bərbad şəkildə tərcümə edilmiş materialları anlamaq üçün müəllifdən istifadə etdiyi ədəbiyyatı mənə verməyi xahiş edəndə, “onlar məndə yoxdur, ordan-burdan, yoldaşlardan-filan tapmışam. Çoxusu yoldaşların müharizələrindən götürülüb”, - dedi. “Bu necə ola bilər, doğrudanmı, Pedaqoji Universitetdə bütün müəllimlər mühazirələrini belə əcaib dildə yazırlar?!” deyə düşündüm. Hər halda müəllifə deməyə borc bildim ki, “belə qəliz yazaraq yazıq tələbələrə niyə zülm edirlər?!”
Kitabı anlaşıqlı dilə salmağım müəllifi heç də məmnun etməmişdi. Amma mürəkkəb yazmasının səbəbini səmimi şəkildə etiraf etdi: “Bizim də çörəyimiz tələbələrdən çıxır. Onları sıxışdırmaq lazımdır, ya yox? Onlar kitabı oxuyub asanlıqla başa düşsələr, daha nə oldu? Əlimizdə Azərbaycan dilində bir dənə də material yoxdur. Min əziyyətlə ordan-burdan tapırıq, kitab yazırıq ki, tələbələr imtahana hazırlaşanda, asan olsun. Qoy bir az da onlar əziyyət çəksinlər. Gərək necə var, elə də saxlayaydız. Qoy tələbələrin canı çıxsın, oxuyub başa düşməyə çalışsınlar. Düşməsələr də, bizə daha sərfəlidir. İmtahanda hörmətdən-zaddan eləyərlər, biz çörəyimizi qazanarıq, onlar da qiymətlərini alarlar...”
Coğrafiya aliminin “dev” əsərinin şokundan ayılmamış, BDU-nun bir fəlsəfə uzmanı qanımı yenidən qaraltdı. İngiliscədən tərcümə materialı əsasında hazırlanmış “Konstitutiv əlaqələrin ontologiyası” ilə bağlı bir mühazirə mətnini oxuyub düzəlişlər etmək üçün bəndənizə verdi. Filosofların dilinin mürəkkəbliyinin çox adamın narazılığına səbəb olduğunu bilirəm. Amma savadlı adamlar üçün normal yazılmış fəlsəfəyə dair mətnləri dərindən oxuyub anlamaq elə də çətin deyil. Fəqət BDU müəlliminin mühazirəsi bəndənizi zor durumda qoydu. Fəlsəfə təhsili olan bir neçə tanışımı yardıma çağırmaq məcburiyyətində qaldım. Qan Turalı da onların arasında idi. Fasebook-da Turala açmasını verməsi üçün bu cümləni yolladım: “Əslində ardıcıl materialist ontologiyasına görə iddia etmək mümkündür, baxmayaraq ki, bu qəbul edildiyi kimi azlıq mövqeyindədir. Hər halda, əlaqəli ontologiyanın praqmatik naturalist müxtəlifliyi, habelə burada inkişaf etdirilmiş konstitutiv əlaqələrin ontologiyası, relyasionizmin bu idealist növünə sadiq deyil”.
Tural burada ciddi bir uyuşmazlıq olduğunu söylədi və ingiliscə mətnə baxmağın lazım gəldiyini bildirdi. Moskva Dövlət Universitetində fəlsəfə təhsili almış digər tanışım Raufa da bu cümləni abıra salmaq məqsədilə müraciət elədim: “Avropa fəlsəfə tarixindəki bu dominant tendensiyadan fərqli olaraq, bizim sizə təklif etdiyimiz, ümumilikdə istənilən konsepsiya və ya obrazda olmaqla, kompleksin öz təbiətindədir, kompleks isə elə bir obrazdadır ki, onun təbiəti xüsusiyyətləri sırasında olan əlaqələrdən təsis edilir, onun xüsusiyyətləri isə, nə olmasından asılı olmayaraq, özü-özlüyündə əlaqəli olaraq kompleksləri təşkil edir”. Rauf “xahiş edirəm, mənə bu cümlənin hansı mənbədən götürüldüyünü de. İngilis və ya rus versiyasını göndər. Burada sadəcə söz yığınıdır, heç bir məna kəsb eləmir”, - dedi. Bir sözlə, bəndəniz bu qəbildən olan cümlələri qırmızı haşiyəyə alaraq olduğu kimi müəllifə yolladı. Və ondan nə demək istədiyini anlatmağı rica etdi. Müəllifsə əvəzində bildirdi ki, “eybi yoxdur, qoyun necə var, elə də qalsın”. “Bəs tələbələrə bunu necə izah edəcəksiniz?” - deyə soruşduğumda, “Tələbə var?! İndi oxuyan tələbə nə gəzir?! Guya yazdırdıqlarımı oxuyacaqlar ki?! Bir dəfə görmədim, bir tələbə soruşsun ki, müəllim bunu başa düşmədim, izah eləyin”, - dedi.
Azərbaycanda həkimlərin insanların sağlamlığı, hüquqşünasların isə insanların taleyi ilə oynadığını hamı bilir. Çünki sovet dövründə ən yüksək rüşvət məhz Tibb İnstitutunda və Dövlət Universitetinin hüquq fakültəsində idi. APİ də rüşvət yuvası sayılırdı. Bizim kəndin cavanları tütün plantasiyalarında işləyib qazandıqları pulları APİ-yə qəbul olunmaq üçün rüşvət şəklində verirdilər. Kəndimizin camaatı kasıb olduğundan Tibb İnstitutuna və Universitetə qəbul üçün lazım olan məbləği toplamaqda aciz idi. Məktəbimizin hazırkı direktoru isə tələbəlik illərini APİ-nin binasında deyil, rayonumuzun meşələrində qoz toplayıb satmaqla keçirmişdi. Qozdan gələn gəlirlər dərsə gəlməməyin və imtahanların haqqı şəklində hərbi hazırlıq fakültəsinə ödənilirdi. Odur ki, direktorumuzun bu gün oxuyan şagirdlərə qarşı allergiyası var. Adam qozun pullarını bir şəkildə şagirdlərdən çıxarmalıdır, ya yox?! O indi rüşvəti həm əmtəə, həm də pul şəklində alır. Tələbəlik dövründə onunla eyni həyətdə kirayədə qalırdıq. Etiraf edirdi ki, müəllimlərin mühazirələrini və yazdırdıqları elmi ədəbiyyatı oxuyub heç nə başa düşmür.
Mən yenə də o inancdayam ki, tələbinin oxumaması, canına əziyyət verməməsi, başa düşmədiyini soruşmaması, yaxud da, müəllimlərin tələbəyə “çörək ağacı” kimi baxması, onlara elmi ədəbiyyatı bu kökə salmaq üçün əsas vermir. Kitablar insanlar üçün, onların oxuyub anlaması, nələrisə əxz etməsi, nələrəsə yaradıcı yanaşmaq qabiliyyətini formalaşdırması üçün yazılır. Elmi ədəbiyyat həmin elmə aid olan məsələləri anlatmaq üçün yaradılır.
Nəhayət, siz yenə də, əgər bacarırsınızsa (mən Azərbaycanda bir sıra elm adamlarının və kitab yazarlarının məhz bacarıqsız olmaları ucbatından belə əcaib kitablar yazdığına inanıram), normal elmi ədəbiyyat yaradın. Normal mühazirələr hazırlayıb deyin. Babalı oxumayanın, öyrənmək istəməyənin boynuna. Sizin imtahana hazır gəlməyən tələbəni günahlandırmağa yalnız o zaman haqqınız çatacaq ki, onların öyrənməsi üçün ana dilimizdə normal elmi ədəbiyyatı ortaya qoyacaqsız.
Redaktoru olduğum elmi ədəbiyyatın müəllifləri ölkədə bəhs etdiyimiz sahədəki vəziyyəti əks elətdirir. Belə qüsurlar kütləvi savadsızlaşdırmaya, debilləşdirməyə istiqamətlənib. Doğrudanmı, bizim alimlərimizi bu gün əldə etdikləri cüzi maddi nemətlər sabahkı intellektual fəlakətdən daha çox düşündürür?!
Ülkər İsmayılqızı

3260 dəfə oxunub
Oxşar xəbərlər
Konsertdə "İsrailli bəstəkar" etirazı
17:19
12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı
16:26
12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı
14:41
12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi
14:09
12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay
13:00
12 dekabr 2024
Xalq artisti vəfat etdi
12:46
12 dekabr 2024