"Məqsədim ittiham etmək deyil, sadəcə..." - Arif Quliyevin oğlu Teymur Əmrah haqda danışdı

"Məqsədim ittiham etmək deyil, sadəcə..." - Arif Quliyevin oğlu Teymur Əmrah haqda danışdı
12 noyabr 2025
# 18:38

Son günlər sosial mediada Arif Quliyevin oğlu Rövşən Quliyevin adından yayılan bəzi fikirlər, xüsusən də Əməkdar artist Teymur Əmrahla bağlı ifadələr müzakirələrə səbəb olub.

Rövşən Quliyev Kulis.az-a açıqlamasında bildirib ki, həmin fikirlər mətbuatda şişirdilmiş formada təqdim olunub:

“Mən belə sərt və qəti fikirlər səsləndirməmişəm. Doğrudur, Teymur Əmrah bir müddət ailəmizlə yaxın münasibətdə olub, atam da ona müəyyən mənəvi dəstək göstərib. Amma mən heç vaxt onun yaxşılıqları unudub, bizi tamamilə yadlaşdırdığı barədə bu cür söz deməmişəm.”

O əlavə edib ki, zaman keçdikcə əlaqələrin zəifləməsi təbii haldır:

“Sadəcə illər keçdikcə əlaqələr zəifləyib, bəlkə də, hər kəs öz işi-gücü ilə məşğul olub. Mənim məqsədim kimisə ittiham etmək deyil. Sadəcə bəzi məqamlar yanlış anlaşılmış və şişirdilmiş formada təqdim olunub.”

Rövşən Quliyev sonda Teymur Əmraha hörmətini ifadə edib:

“Teymur Əmraha hörmətim var, onun sənətinə və əməyinə dəyər verirəm.”

# 1918 dəfə oxunub

Oxşar xəbərlər

"Cyrille Gassiline"  brendinin təsisçisi vəfat etdi

"Cyrille Gassiline" brendinin təsisçisi vəfat etdi

10:20 8 oktyabr 2026
Şirməmməd Hüseynovun “İstiqlal söhbətləri”  təqdim edildi

Şirməmməd Hüseynovun “İstiqlal söhbətləri” təqdim edildi

18:30 7 oktyabr 2026
80-ci illərin məşhur soul ulduzu vəfat etdi

80-ci illərin məşhur soul ulduzu vəfat etdi

17:30 7 oktyabr 2026
Payız-qış moda kolleksiyası mədrəsədə nümayiş olundu

Payız-qış moda kolleksiyası mədrəsədə nümayiş olundu

17:00 7 oktyabr 2026
Görkəmli yazıçıya həsr olunmuş sərgi keçiriləcək

Görkəmli yazıçıya həsr olunmuş sərgi keçiriləcək

16:30 7 oktyabr 2026
AXC-nin diplomatı niyə Azərbaycana qayıtmağa qorxurdu? – Cavad xanın nəvəsinin taleyi

AXC-nin diplomatı niyə Azərbaycana qayıtmağa qorxurdu? – Cavad xanın nəvəsinin taleyi

16:00 7 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər