“Mən Feyerbaxam” monotamaşası yenidən nümayiş olunacaq

“Mən Feyerbaxam”  monotamaşası yenidən nümayiş olunacaq
7 dekabr 2024
# 16:06

Dekabrın 18-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında “Mən Feyerbaxam” monotamaşası yenidən nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, səhnə əsəri alman dramaturqu Tankret Dorstun eyniadlı pyesi əsasında hazırlanıb.

Birhissəli monotamaşada rolu Əməkdar artist Şövqi Hüseynov canlandıracaq. Psixoloji dram janrında qurulan tamaşanın bədii tərtibatçısı Şövqi Hüseynov, musiqi tərtibatçısı Zaur Rəşidov, işıq rəssamı Vadim Kuskov, fənd quruluşçusu İsa Əsədovdur.

“Mən Feyerbaxam” zahirən seçim imtahanı kimi görünsə də, daha dərindən bir aktyorun yaşadığı problemlərdən, bu problemlərlə mübarizəsindən və mübarizədəki tənhalığından bəhs edir.

# 471 dəfə oxunub

Müəllifin son yazıları

# # #