Anar Kərimov: "Dəyərli xalçalarımızı hərraclarda tapmışıq"

Anar Kərimov: "Dəyərli xalçalarımızı hərraclarda tapmışıq"
28 oktyabr 2020
# 18:58

“Təəssüf ki, ermənilər tərəfindən işğal olunmuş ərazilərimizdə muzeylərimizin mülkiyyətində olan əlyazmalar və digər vacib sənədlər yox edilib və yaxud onlar oğurlanaraq qara bazarlarda satışa çıxarılıb.”

Kulis.az xəbər verir ki, bu fikirləri oktyabrın 28-də ADA Universitetində səfirlər üçün keçirilən brifinqdə Azərbaycan Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov bildirib.

Həmin sənədlərlə bağlı monitorinqin aparıldığını söyləyən A.Kərimov deyib: “Bu sənədlərin necə geri gətirəcəyimizlə bağlı ictimaiyyət qarşısında məsələ qaldıracağıq. Bura dəyərli eksponatlar, xalçalarımız daxildir. Biz bəzi hərraclarda dəyərli xalçalarımızı tapmışıq. Həmin xalçaları və dəyərli eksponatları ölkəmizə qaytarmağa davam edəcəyik. İşğaldan azad olunan ərazilərdə muzeylərimizi də bərpa etməyə çalışacağıq”./azertag.az/

# 1671 dəfə oxunub

Müəllifin son yazıları

# # #