Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı Rusiyaya yollanır

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı Rusiyaya yollanır
2 sentyabr 2024
# 15:42

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı “Böyük qastrollar” proqramı çərçivəsində ilk dəfə Rusiyaya yollanır.

Kulis.az xəbər verir ki, sentyabrın 3-dən 8-dək Novokuznetsk Dram Teatrının və A.V. Lunaçarski adına Kuzbass Dram Teatrının səhnələrində Azərbaycanın Xalq artisti Aleksandr Şarovskinin quruluşunda “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur” və “Albalı bağı” tamaşalarını nümayiş etdiriləcək.

Bu il 104 yaşı tamam olan Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı Novokuznetskdə “Okna - 2024” Beynəlxalq Sənaye İncəsənəti Festivalının təntənəli açılışında qonaq qismində iştirak edəcək və öz repertuarındakı ən möhtəşəm tamaşalarından birini - “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur”u göstərəcək.

# 305 dəfə oxunub

Müəllifin son yazıları

# # #