Həkimi Maykl Ceksonun inanılmaz sirrini açdı

Həkimi Maykl Ceksonun inanılmaz sirrini açdı
12 iyul 2018
# 10:42

Dünya pop musiqisinin kralı 50 yaşında dünyasını dəyişən Maykl Cekson kimyəvi yolla axtalanıbmış.

Bu barədə Maykl Ceksonun keçmiş həkimi, onun ölümündə günahkar bilinərək həbs olunan Konrad Murrey açıqlama verib.

Onun sözlərinə görə müğənninin atası Cozef Cekson oğlu Maykla tərkibində hormonal preparatlar olan inyeksiyalar vurdururmuş. Bu preparatlar onun səsinin kobudlaşmasının qarşısını almaqla yanaşı həmçinin axtalanmasına da səbəb olub.

Cozef Ceksonun tarixə ən pis ata kimi düşməsini qeyd edən Murrey Maykl Ceksonun faktiki olaraq axta olduğunu qeyd edib.

# 1125 dəfə oxunub

Müəllifin son yazıları

# # #