Eldar İlqaroğlu: "Bunların qardaşı yoxdu?" Ən qısa hekayə

Eldar İlqaroğlu: "Bunların qardaşı yoxdu?" Ən qısa hekayə
19 dekabr 2013
# 21:00

Kulis.Az Eldar İlqaroğlunun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Bunların qardaşı yoxdu?” (455 işarə) hekayəsini təqdim edir.

“Qabaqdakı qıza bax e, nə zor şeydi, bu dar-qısa ətəkdən çöldə qalan ayaqları görüb adam necə dayansın axı, baş açmıram bunların qardaşı-zadı yoxdu? Evdən çıxanda görmürlər nə geyinib bayıra çıxır? Yox-yox, bunların məqsədi başqadı. Gedib tanış olacam, onsuz da biri tanış olub fırladıb atacaq”.

Anar bu sözləri mızıldanaraq qarşıdakı naməlum qıza tərəf tələsdi.

O, metroda çox qızla tanış olmuşdu, amma budəfəki tanışlıq onun yadından heç vaxt çıxmayacaqdı.

“Salam xanım” sözü ağzında yarımçıq qaldı.

Bu, öz doğma bacısı-Gülnar idi...

# 2404 dəfə oxunub

Müəllifin son yazıları

# # #