BBC dünyanın 100 ən yaxşı əsərini seçdi - SİYAHI

BBC dünyanın 100 ən yaxşı əsərini seçdi - <span style="color:red;">SİYAHI
6 iyun 2018
# 10:23

BBC-inin təşəbbüsü ilə yazarlar arasında keçirilən sorğuda dünyanın 33 dilində yazılmış 100 ən yaxşı əsəri seçilib.

Kulis.azın türk saytlarına istinadən verdiyi xəbərə görə, siyahıda Homerin “Odisseya” əsəri ən yüksək balla birinci yerə, H.Stounun “Tom dayının daxması” ikinci yerə layiq bilinib.

Siyahıda adı ən çox yer alan yazıçı Uilyam Şekspir, Virciniya Vulf və Frans Kafkadır. Hər birinin üç əsəri seçilib.

Siyahının ilk onluğunu təqdim edirik.

1. “Odisseya” (Homer)

2. “Tom dayının daxması” (H.B.Stou)

3. “Frankenşteyn” (Meri Şelli)

4. “1984” (Corc Oruel)

5. “Parçalanma” (Çinua Açebe)

6. “Min-bir gecə nağılları”

7. “Don Kixot” (Migel de Servantes)

8. “Hamlet” (V.Şekspir)

9. “Yüz ilin tənhalığı” (Q.Q.Markes)

10. “İliada” (Homer)

# 1137 dəfə oxunub

Müəllifin son yazıları

# # #