Türklər Nəsimi və Füzulinin həyatından film çəkir

Türklər Nəsimi və Füzulinin həyatından film çəkir
6 avqust 2020
# 18:12

Bu il Türkiyədə keçirilən yeddinci Beynəlxalq 7 Vilayət Qısa Film Festivalı çərçivəsində Türk dünyasının yeddi böyük şairinin həyatı haqqında film çəkilir.

Kulis.az Türkiyə mediasına istinadən xəbər verir ki, festival çərçivəsində élan olunan ssenari müsabiqəsinin yekununda yeddi mövzu təyin olunub. Hər il olduğu kimi bu il də yeddi gənc ssenaristin qələmindən çıxan ssenarilər peşəkar bir komanda tərəfindən filmə çevirilir.

"Şeirdən şüura" başlığı ilə keçirilən festival çərçivəsində Mövlanə Cəlaləddin Rumi, Yunis Əmrə, Nəsimi, Füzuli, Süleyman Çələbi, Yusif Has Hacib və Mehmet Akif Ersoy kimi əhəmiyyətli şairlərin həyatları film olacaq.

# 2355 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #