Bu kitablar dünyanı dəyişib – Hansını oxumusunuz?

Bu kitablar dünyanı dəyişib – Hansını oxumusunuz?
30 aprel 2018
# 15:30

Min illər əvvəl deyilən dastanlar...

Nağıllar, əfsanələr, şeirlər...

Və modern romanlar...

Dünyanın dəyişməsinə səbəb olan və gələcək nəsillərin düşüncə tərzinə təsir edən əsərlər...

Başlayaq, Homerin “İliada”sından...

Makedoniyalı İsgəndər gənc yaşlarından etibarən Makedoniya kralı olmaq üçün yetişdirilirdi. O zamanlar Makedoniya qonşu ölkələrlə müharibə şəraitindəydi. Ən əsas da Əhəmənilərlə...

Atası öldürüldükdən sonra İsgəndər taxta çıxdı. Krallığın gücünü artırmaqla bərabər Əhəməniləri işğal etdi. Misirdən Hindistana qədər uzanan əraziləri ələ keçirdi.

Büyük İskender

İsgəndər əlində başqa bir silah da vardı: Homerin “İliada”sı. Müəllimi Aristotelin köməyi ilə bu dastanı bitdə-bitdə oxuyub həzm etmişdi. Səfərə çıxanda özüylə “İliada”nı götürüb, kitabdakı səhnələri gözünün qabağına gətirib. İskəndər səfər boyu kitabla bərabər yatıb dururmuş.

Bu əsər İskəndər üçün xüsusi məna daşıyırdı. Yunan mədəniyyətinin düşüncə və həyat tərzini təsvir edən əsər İsgəndərin əsas silahlarından biri idi.

“İliada” ilə İsgəndər arasında qarşılıqlı münasibət yaranmışdı. Bu dastandan ilham alan fateh yunan dilinin geniş bir məkanda yayılmasını reallaşdıraraq “İliada”nı dünya ədəbiyyatının bir parçasına çevirməyi bacardı. İsgəndərdən sonrakı hökmdarlar da bu missiyanı davam etdirdilər...

Əsərlərin nə qədər önəmli olduğuna dair maraqlı bir nümunədir bu.

Yunan filosofu Platona görə, sənət insana təkcə zövq verməli deyil, eyni zamanda qadağalara və insan həyatına faydası dəyməlidir.

“İliada”ya bənzəyən bir digər əsər də Mesopotamiya bölgəsindəki “Gilqamış dastanı”dır.

Gılgamış Destanı

Mayalıların “Popol Vuh hekayəsi” də bu sırada dayanır.

Bu dastanlar, hekayələr “Biz kimik? Hardan gəldik?” suallarını ünvanlayır bizə və bütün mədəniyyətlərin özünü güzgüdə görməsinə nümunə olur.

Çin ədəbiyyatında bu cür nümunə “Mahnılar kitabı”ıdır. Şeir yazmaq və oxumaq yalnız şairlərin işi deyildi. İmperatorluğun idarəsində önəmli bir mövqeyə gəlmək üçün şeir sahəsindən başın çıxmalıydı. Çünki o mövqeyə yüksəlmək istəyən adama imtahanda məhz bu sahədən suallar verilirdi.

“Mahnılar kitabı” əsəri şeiri Şərqi Asiyada ən önəmli ədəbiyyat tərzi halına gətirdi. Dünya ədəbiyyatının ilk əsas romanları şeirin təsiri altındaydı.

XI əsrdə yazıçı Murasaki Şikibu yapon ədəbiyyatın ən əsas romanlarından birini yazdı: “Genjinin hekayəsi”. Bu roman dünyanın ilk romanı kimi qəbul edildi. Murasaki bu romanı yazmadan əvvəl çin dilində öyrənmişdi və 1000 səhifədən çox olan əsərində 800-ə yaxın şeirə yer vermişdi.

Dünyada oxucu və yazıçının artması, kağız və mətbəənin kəşfi yazılı ədəbiyyatın yaranmasına səbəb oldu.

Bin Bir Gece Masalları

Ərəblər çinlilərdən kağız emalını öyrənmiş və şifahi dildə ağızdan-ağıza ötürülən bir çox əsəri, o cümlədən “Min bir gecə nağılları”nı kağıza köçürmüşdülər.

Şeir, nağıl və dastanlar daha sonrakı ədəbiyyat tarixinə də damğasını vurdu.

Dante, Ä°lahi Komedya

XIII əsr italiyan şairi Dante “İlahi komediya” əsərini yazdı. Əsərdə xristian inancına görə cəhənnəm, əraf və cənnəti təsvir edən yazıçı epik şeir formasından istifadə etdi.

Yazıçı əsəri Toskanada bölgəsindəki (İtaliyanın ən böyük regionlarından biri) bir ləhcədə yazmışdı. Beləcə bu gün italyanca olaraq bildiyimiz dil yayğınlaşdı. Ədəbiyyatın dil üzərindəki təsirinə ən böyük nümunədir bu.

Ədəbiyyat getdikcə daha çox marağa səbəb oldu. Oxucuların sayı get-gedə artdı. Ədəbiyyat artıq modern cəmiyyətin problemləri ilə maraqlanmağa başladı.

Meri Şellinin “Frankenşteyn” romanı bu dönəmlər ortaya çıxdı.

Frankeinstein

Corc Oruelin “1984”, Marqaret Atvudun “Keçmişin hekayəsi” romanları da bu ənənəni davam etdirən əsərlər oldu.

Roman müstəqilliyini yeni qazanan ölkələrin mübarizəsində də önəmli rol oynadı. Markesin “Yüz ilin tənhalığı” gələcək nəsillər üçün nümunə oldu. Siyasi azadlıq mədəni azadlığa gətirib çıxardı. Roman bu baxımdan ən təsirli silah idi.

Bu gün yazı texnologiyası yeni bir mərhələyə gəlib çıxıb. Artıq internet üzərindən mətn oxuyan oxucular yetişir. Yazı dünyasının yenidən böyük bir çevriliş edəcəyi dövrün başındayıq.

# 1672 dəfə oxunub

Müəllifin son yazıları

# # #