Fitscerladın ölümündən 75 il sonra çap olunan hekayəsi

Fitscerladın ölümündən 75 il sonra çap olunan hekayəsi
4 avqust 2015
# 10:36

Amerikanın “Stand” jurnalında caz epoxasının məşhur yazarı Frensis Skott Fitsceraldın əvvəllər məlum olmayan hekayəsi çap olunub. Kulisin xarici mətbuata istinadən verdiyi məlumata görə əsəri jurnalın naşiri Endryu Culli Priston universitetinin arxivindən tapıb.

1913-1917-ci illərdə Fitscerald bu universitetdə oxumuşdu.

Hekayə yazıçının ölümündən 75 il sonra “Qızdırma” adı ilə “Stand” jurnalının yay sayında çap olunub.

Əsər 31 yaşlı yazıçı Emmet Monsendən bəhs edir. Cullinin fikrincə hekayə tamamlanandan sonra Fitscerald 1938-ci ilin iyul ayında ədəbi agenti ilə əməkdaşlığı dayandırıb. Buna görə də hekayə çap olunmayıb.

# 1314 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #