Azərbaycanlılar kasıb deyillər, "ağlamağı" xoşlayırlar - Ulucay Akif

Azərbaycanlılar kasıb deyillər, "ağlamağı" xoşlayırlar  - Ulucay Akif
28 dekabr 2023
# 12:46

Kulis.az Ulucay Akifin yeni yazısını təqdim edir.

Mən başa düşmürəm, azərbaycanlılar kasıbdırsa, bu çöldəki 100 minlik, 200 minlik maşınlar kimindi axı?

Noldu ta, bunların hamısı məmurların oldu?

Şəhərdəki maşınların qiyməti minimum 20-30 mindən başlayır demək olar.

Əvvəl məhəlləmizdə iki maşın var idi. İndi məhəlləmizdə maşın əlindən tərpənmək olmur.

Yaxşı, sənin deyil, mənim deyil, kimindi də bu maşınlar?

Ən bahalı maşınları sürürük.

Porşelər, Range Roverlər, Qalenvagenlər, ən bahalı Mersedeslər, BMW-lər...

Əvvəl niyə ala bilmirdiniz? İndi necə belə rahat alırsınız?

Allah hamının sağlığına qismət eləsin e, sözüm o deyil. Haqqınızdır, zəhmət çəkib alırsınız.

Amma alırsınız da.

Yəni hamınız da ağlamayın da yalandan.

Vallah, azərbaycanlılar kasıb deyillər e, sadəcə "ağlamağı" xoşlayırlar.

# 469 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #