Maestro Niyazi haqqında yeni kitab nəşr olundu

Maestro Niyazi haqqında yeni kitab nəşr olundu
29 dekabr 2023
# 12:40

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Əlisəfdər Hüseynovun “Sadəcə Niyazi” adlı yeni kitabı işıq üzü görüb.

Kulis.az xəbər verir ki, kitab dünya şöhrətli dirijor, bəstəkar, ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazi Tağızadə-Hacıbəyovə həsr olunub.

Kitabda müəllifin görkəmli sənətkarı necə var elə - milli ruha bağlı azərbaycanlı, fitri istedada malik güzəştsiz, prinsipial musiqiçi, vəfalı sevgili, etibarlı dost kimi tanıdan oçerk, esse və sənədli hekayələri toplanıb.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

# 561 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #