Elm insesti necə inkar edir?

Elm insesti necə inkar edir?
23 fevral 2017
# 12:53

Taryel Abdullayev

İnsanlıq niyə insestə qarşıdır? İnsanların insest etməmə səbəbləri nəyə əsaslanır? İnsest etməmək əxlaqı dinlərdən gəlmə bir şeydi, yoxsa insanın təkamül biologiyasıyla bağlıdı?

Əvvəlcə bunu bilməliyik ki, bioloji təsnifatda insan (Homo sapiens) növü, məməli heyvanlar (Mammalia) sinfinə daxil olan, plasentalı heyvanlar (Placentalia) dəstəsi içərisində yer alan bir canlı növüdür. Eynilə digər bütün plasentalı məməli heyvanlar kimi doğaraq artır. Doğuşu digər doğaraq artan məməlilər ilə eynidir. Bu da, ortaq əcdaddan gəldiklərinin yüzlərlə dəlillərindən yalnız bir dənəsidir.

Bəs insanı digər heyvanlardan fərqli edən nədir? Bu sual, yüzlərlə, hətta minlərlə ildir insan növünün başını qurdalayan mövzu olmuşdur. Kimi bu suala "ruh" cavabını vermişdir; kimi "ədəb" və ya "əxlaq" demişdir, kimi "düşüncə" demişdir. Hətta hər kəsin özünə görə bir cavabı belə ola bilər: sənət, din, musiqi, fəlsəfə, və s.

Ancaq elmin cavabı, həqiqətə çatmaq üçün lazım olduğu kimi, ədəbiyyatdan, söz oyunlarından uzaq və aydındır: İnsanı digər heyvanlardan ayıran əsas xüsusiyyət, digər heyvanlara görə daha böyük olacaq şəkildə təkamül etmiş beyin həcmi, ya da bir az daha sadə sözlərlə çox təkamül etmiş zəka səviyyəsidir. Diqqət etsəniz digər şəxslər tərəfindən verilən bütün cavabların bu cavabdan ortaya çıxdığın görəcəksiniz. Çünki beynimiz xaricindəki heç bir xüsusiyyət bizi tək başına digər heyvan növlərindən ayırmağı mümkün edə bilməz, beynimizin təkamülü olmadan deyilən elm, sənət, fəlsəfə kimi daha mücərrəd səbəblərin də inkişaf etdirilməsi heç bir zaman mümkün ola bilməyəcəkdi. İnsanların böyük bir qismi beyin təkamülünün insanı ayırd edici xüsusiyyət olduğunu qəbul edir. Çox təəssüf ki, elmi hər zaman fərqli istiqamətlərə çəkdiklərinə görə bu məlumat insan qüruru və eqosuyla birləşdiyi zaman, "ən üstün canlı olmaq "ən qiymətli varlıq olmaq" və başqa törəmələri kimi gülünc, elmdən kənar və həqiqətdən uzaq izahlara çevrilmişdir.

Siz və beyniniz arasında bir ayrı-seçkilik yoxdur. Hər şey, beyninizdən ibarətdir. Beyninizin kənarında, başqa bir siz yoxsunuz. Yəni antik zamanlardan bəri təyin olunan beyninizi bir maşına bənzətsək onu idarə edən bir "üst quruluş" yoxdur. Beyniniz daxildən və xaricdən gələn milyardlarla məlumatı davamlı işləyən bir prosessor kimidir. "Mənlik" qəbulunun tam olaraq harada və necə meydana gəldiyi dəqiq bilinmir, ancaq müəyyən sinirlər yatırıldığı zaman adamın mənliyini tamamilə itirdiyi və buna görə də bu hissin tamamilə mexaniki bir hiss olduğu dəqiq bir şəkildə bilinir. Buna görə də "ruh" kimi anlayışlar, yalnız uydurma terminlərdən ibarətdir. İnsanların bilmədiyi və ya cavab verə bilmədiyi mövzulara uydurduqları, sualdan qaçınmağı təmin edən və gerçək cavaba çatmağı gərəksiz edən maskalardan ibarətdir.

Bunu çox yaxşı bilmək lazımdır ki, sosial canlıların hamısı bir beynə və sinir sisteminə sahib olan canlılardır. Buna görə də düşünmə qabiliyyətinə və müəyyən bir zəkaya sahibdirlər. Bu tip canlı qruplarının çoxunda zəka faktoru ictimai əlaqələr içərisindəki seks əlaqələrini də maraqlandırır. Yəni canlılar, öz zəkası daxilində çıxardıqları düşüncələr ilə əlaqədar cinsə maraq da göstərir. Ancaq insanın cinsi əlaqələrini xüsusi edən əhəmiyyətli bir faktor vardır: zəka ünsürü insan növündə indiyə qədər bilinən ən irəli nöqtəyə çata bilmişdir. Bu da insanın cinsi mövzularına da təsir etmişdir. İnsan öz zəkasının inkişafıyla birlikdə heç bir heyvan növündə rast gəlməyən bir qavrayış səviyyəsinə çatmışdır. Bu sayədə ətrafında baş verənləri çox daha dəqiq və güclü olaraq anlaya bilmək və daha məqsədə uyğun səbəb-nəticə əlaqələri qura bilmişdi.

Təbiətdə insan növü də daxil olmaqla bütün canlıların iki məqsədi var; çoxalmaq və həyatda qalmaq. Buna görə də indiki vaxtda gördüyümüz və ilkin hüceyrələrin inkişaf etmiş versiyalarından çox olmayan bütün canlılar da, eyni iki bioloji məqsədi davam etdirirlər: "həyatda qalmaq" və "çoxalma", özünü gələcək nəsillərə ötürmək, yeniləmək. Buna görə də ətrafımızdakı hər canlı, eyni məqsədlərə malikdir. Əslində buna bir "məqsəd" demək belə doğru deyil. Bunu etmək məcburiyyətindədirlər. Yoxsa, gələcəyə özlərini ötürə bilməzlər və yox olarlar. O zaman da, eynilə təbiət üçün olduğu kimi, bizim gözümüzdə də bir kömür və ya qayadan başqa bir şey ifadə etməzlər. Kimsə bir kömür və ya qayadan artıq deyil ki, burda izah etmək istədiyim budur. Biz yalnız fərqli bir varlıq formasıyıq. Lakin bu fərqli sinifləndirmə fərqli olduğumuz mənasını vermir.

Canlı növlərinə baxdığımız zaman canlıların milyonlarla fərqli xüsusiyyətinə təsir edəcək olan minlərlə fərqli növ zülalın təkamül müddətində mərhələli olaraq kodlandığını görərik. Olduqca sadə genlərdən başlayan genetik səfər, 4 milyard ildə ağla sığmaz bir kompleks hala çatmışdır. Yalnız bir neçə yüz gendən ibarət olan canlılardan, minlərlə gendən ibarət olan canlılara doğru mərhələli bir təkamül reallaşmışdır. Bu müddətdə genlər yalnız canlının xüsusiyyətlərini təyin edəcək faktorları kodlayacak şəkildə xüsusiləşmiş, eyni zamanda canlıların bir çox mənfi xüsusiyyətlərini (xəstəliklər kimi) də özlərində daşımağa başlamışlar. Bu xüsusiyyətlərin çoxu təbii seçim ilə genetik olaraq yox edilir. Çünki ciddi xəstəliklərə sahib olan canlılar təbiətdə yox olmağa məhkumdur və özlərindəki bu xəstəliklərin ortaya çıxmasına səbəb olan genlərdən xilas olmalıdır. Ancaq bu xəstəliklər hər zaman tamamilə yox edilməz.

Yaxın qohumlarda, bu xəstəliklərə aid genlərin daşınma ehtimalı çox yüksəkdir. Çünki özlərini meydana gətirən atalarından qalma bu genlər onlarda daşınırsa, bunları öz balalarına fərqli şəkillərdə ötürülməsi mümkündür. Digər soydan biriylə çütləşdikdə bu genlərin bir araya gəlməsi daha aşağı ehtimaldır. Ancaq yaxın qohumlar çütləşdikləri zaman atalarından ortaq olaraq aldıqları genlər balalarında birləşir və istənilməyən nəticəni göstərir. Bu cütləşmə də (yəni yaxın qohumların cütləşməsi) bir çox xəstəliyə səbəb ola biləcək, canlıların həyatda qalmalarına təhdid yaradacaq genlərin bir araya gəlməsi şansı, digərlərinə görə daha yüksəkdir. Belə olduğu təqdirdə doğulan balalar xəstə, ya da problemli doğulacaq və həyatda qalma şansı çox az olacaq. İnsanlarda qohum evliliklərində doğulan balaların problemli olma ehtimalı çox yüksəkdir. Və buna qarşı genlərimizdə bir müdafiə mexanizmi təkamül etmişdir.

İnsan növündə insest (yəni yaxın qohum cütləşməsinə) qarşı genetik yollarla bir neçə mexanizm təkmilləşmişdir. Bu mexanizmlərin təsirini böyük nisbətdə öz həyatınızda da hiss edə bilərsiniz. Özünüzü məcbur olaraq ailə fərdlərindən biriylə cinsi əlaqəyə girdiyinizi xəyal etməyə cəhd etsəniz, düşüncələriniz bunu rədd edib və buna qarşı sizdə iyrənmə hissi oyadacaq. Bax bu, genlərimizin təsiriylə beynimizin əlaqədar bölgələrinin bu düşüncəyə verdiyi biokimyəvi reaksiyalardır. Siz ailə üzvlərinizin biriylə cinsi əlaqəni düşündüyünüz zaman, beyniniz anında bu obrazı yaradacaq kimyəviləri yaddaş hüceyrələrinizdən çağırır və frontal beyin bir görünüş yaradır. Ancaq bu görünüş, beynin insestə qarşı reaksiya verilən qisimlərini də tətikləyir və burdan ifraz olunan fermentlər və bunların təsirindəki hormonlar, eyni vaxtda sizə iyrənmə və psixoloji rədd hissini yaşadacaq və sizi bundan uzaq tutacaq. Bu vəziyyət yalnız insanlar üçün deyil, digər heyvan növləri üçün də etibarlıdır. Üstəlik, insan növü də daxil olmaqla bu heyvanlarda, qohumluq dərəcəsi azaldıqca, cinsi rədd etmə vəziyyəti də azalır. Yəni bir fərd birinci dərəcəli qohumlarından, uzaq qohumlarına daha çox cinsi istək hiss edə bilər. Ayrıca qohum olduğunu şüurlu şəkildə bilmək də çox əhəmiyyətlidir. Yəni qardaşından körpəlik dövründə, hələ hisslər tam olaraq işləmədiyi zaman ayrılan fərdlər, illər sonra görüşdükləri zaman bir-birlərinə cinsi istək hiss edə bilər. Quşlar üzərində edilən bir araşdırmada, eyni valideynlərə aid olan balalar, əgər eyni yuvada böyüdülürsə biri-biriylə heç bir zaman cütləşmir. Ancaq eyni valideynlər tərəfindən, fərqli zamanlarda çıxarılan balalar, əgər bir-birləriylə eyni yuvada heç bir zaman yaşamayıbsa, bir yerə gətirildiyi zaman cütləşə bilirlər. Bu bizə iki nəticəni göstərir: Quşların da zəkası vardır, tərcih edə bilirlər və insest ilə əlaqədar təkamül etmiş müdafiə mexanizmlərimiz genlər tərəfindən şəkilləndirilsə də, ətraf tərəfindən çox ciddi bir şəkildə təsirlənir. Yəni vizual yaddaşımızda qohumlarımızın görüntüsünün olmaması, onlara hiss etdiyimiz cinsi hisslərimizin rədd edilməsinin azalmasına səbəb olur.

Bu vəziyyət Təkamül Biologiyası sayəsində izah edilir və minlərlə ildir edilən fövqəltəbii şərhlərin yerini almışdır. Canlı növləri arasında insest qarşısının alınması mexanizmlərinin başında feromonlar gəlir. Bir-birlərinin feromonlarına kimyəvi olaraq həssas olan fərdlər, bir-birlərinə cinsi istək hiss etmir, çünki bu feromonlar biokimyəvi olaraq beynə təsir edir və cinsi istəyin qarşısını alır. Xüsusilə ictimai heyvan növlərindən (insan kimi), daha güclü mexanizmlər görünür. Feromonların təsiri görülməklə birlikdə, heyvanların ən inkişaf etmiş duyğularından olan qoxu duyğusu da insestin qarşısının alınmasında əhəmiyyətli bir rol oynayır.

Aparılan araşdırmalara görə, insanların 6 yaşına qədər yaxın qohumlarının qoxularını dəqiq bir şəkildə öyrəndiyini və beynin buna görə adaptasiya olduğunu, bu yaşdan sonra isə ömür boyunca bir beyin zədəsi reallaşmadığı müddətcə, bu qoxuların qorunduğunu və cinsi olaraq itələyici bir təsir yaratdığı ortaya qoyulmuşdur. Bax bu mexanizmə elmdə Westermarck mexanizmi deyilir. Dişi növ bu mövzuda erkək növdən daha müvəffəqiyyətli olduğu göstərilməklə yanaşı, hər iki cinsdə də kritik səviyyədə təsirli olduğu müşahidə edilir. Mark Schneider və qrup yoldaşlarının İnsan təbiəti (Human Nature) jurnalında nəşr etdikləri araşdırmalarına görə, böyüklər ilə uşaq arasında da bu mexanizm qoxu duyğusuyla təmin edilir.

Həmçinin beynimizin Limbik sisteminin ən üst qatında neocortex adlanan hissə mövcudur. Bura; təxmin etmə, qərar vermə, müqayisə etmə, analitik düşüncə v. s. kimi işlərin baş verdiyi yerdir. Yırtıcılarda digər növlərə nisbətən neocortex daha böyükdür. Humanoid meymunlarda da neocortex böyükdür, ancaq insanda isə digər növlərə görə inanılmaz qədər böyükdür. Beyin böyüklüyü ilə ictimai əlaqə içində olan fərd sayı arasında birbaşa əlaqə olduğu elmi bir gerçəkdir. Sosial bağların təkamülü bir üstünlük olduğu gerçəkdir, amma heç bir heyvan, insan kimi yüzlərlə dəyişik ictimai fiqurla, minlərlə dəyişik ünsiyyət içində ola bilməz, onlarda bunu həyata keçirəcək bir beyin inkişaf etməmişdir. Bizim bunu edə bilmə səbəbimiz nəhəng neocorteximiz; daha doğrusu neocorteximizi böyüməyə itələyən təkamül zorlama ictimai əlaqənin təkamülü üstünlükləridir. Neocorteximizdə var olan yadı yaxından ayıra bilmə qabiliyyətimiz; bir davranışın nəticəsinin xeyirlimi zərərlimi olacağını hesablama gücümüzdür. Sosial əlaqələrin təkamül üstünlüyündən inkişaf etmiş bir beynimiz var və sosiallığın üstünlüklərindən faydalanan, bu faydanı genetik olaraq öyrənmiş, gələcəyə ötürən bir növük.

Beləcə elmi olaraq insanların niyə insest yaşamadıqlarına səbəb olan amilləri əlimdən gəldiyi qədər açıqlamağa çalışdım. İnsestin rədd edilməsini, təkamül müddətində həyatda qalmaq üçün genlərimizin yaratdığı bir müdafiə mexanizmi olmasını elmi olaraq izah elədim. İndisə fövqəltəbii qüvvələr tərəfindən insest qadağası aldığını və bu qüvvələrə inanmayanların insesti normal qarşılamalıdır deyən zehniyyətlərə sual vermək istərdim. Məsələn, X adlı bir şəxs çıxıb desə ki, mən necə olur-olsun insestlə məşğul olmaq istəyirəm. O zaman öz müqəddəs mətinlərinizə dayanaraq, məntiqli bir şəkildə necə izah edə bilərsiniz ki, niyə insesti rədd etməliyik?

# 2374 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #