"Ovçu Kraven" filminin ilk treyleri yayımlandı

"Ovçu Kraven" filminin ilk treyleri yayımlandı
20 iyun 2023
# 10:26

Sony Pictures şirkəti Aaron Taylor-Consonun baş rolda oynadığı "Kraven the Hunter" (Ovçu Kraven) filminin ilk treylerini yayımlayıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, bu, Hörümçək adam kainatı əsasında çəkilmiş yeni filmdir. Film Piter Parkerin əsas rəqiblərindən birinin - rusiyalı miqrant Sergey Kravinovdan bəhs edir.

Baş rollarda Aaron Taylor-Conson (Faster Bullet), Russell Crowe (Qladiator), Ariana Debos (West Side Story), Christopher Abbott (Man in the Moon), Alessandro Nivola (Amsterdam) və başqaları çəkilib.

Filmin rejissoru JC Çandordur.

“Ovçu Kraven” filminin dünya premyerası bu il oktyabrın 6-da baş tutacaq.

# 542 dəfə oxunub

Müəllifin son yazıları

# # #