Mövsüm “Davul səsi” ilə bağlandı

Mövsüm “Davul səsi” ilə bağlandı
21 iyul 2017
# 15:11

Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı növbəti, 137-ci mövsümü geridə qoyub.

Kulis.azın verdiyi xəbərə görə, bağlanış türk dramaturqu Hidayət Sayının “Davul səsi” əsəri əsasında hazırlanmış tamaşanın premyerası ilə baş tutub. Anşlaqla keçən tamaşa tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Tamaşanın rejissoru Mirbala Səlimli, quruluşçu rəssam Nicat Məmmədovdur. Rəqslərə Çingiz Novruzəliyev quruluş verib.

Premyera-bağlanış həm də uğurlu ilklərlə yadda qalıb. Səhnədə ilk rolunu oynayan gənc aktrisa Fidan Lətifova baş rollardan birində (Zeynəb) çıxış edib. Daha bir aktrisa, Türkan Xəlilova da ilk dəfə səhnəyə çıxıb.

Baş rollarda Lalə Məmməd, İqrar Salamov, Xanlar Həşimzadə çıxış edib.

Premyeranın sonunda teatrın yaradıcı heyəti Şəki Şəhər İcra Hakimiyyətinin fəxri diplomuyla təltif edilib.

# 1143 dəfə oxunub

Müəllifin son yazıları

# # #