Qafqazda Ermənistan necə yaradıldı? - 10 az bilinən fakt

Qafqazda Ermənistan necə yaradıldı? - 10 az bilinən fakt
2 noyabr 2020
# 17:23

Ermənilərin Qafqaza gəlişi mərhələli şəkildə baş verdiyindən həmin tarixə nəzər yetirdikdə yetərincə diqqətli olmaq zəruridir. Çünki dünyanın müxtəlif ölkələrindən bura gələn və köçürülən ermənilər müxtəlif zaman kəsimlərində Azərbaycanın müxtəlif ərazilərində yerləşdirilib. Kulis.az Ermənilərin Qafqaza köçürülməsinə dair sənədlərdə sübutunu tapan 10 faktı təqdim edir.

1. 1722-1723-cü illərdə Rusiya İlk dəfə olaraq Şərqdə ekspansiyaya başlayıb. Eyni zamanda, ruslar Şərq xristianlarına bel bağlayırdılar. Beləliklə, Erməni çarlığının yaradılması fikri ortaya çıxdı. Bu, Rusiyanın Asiyaya irəliləməsinin plasdarmı olmalı idi.


2. 1724-cü ildə Rusiya imperatoru I Pyotr Kiçik Asiyadan ermənilərin kütləvi surətdə Cənubi Qafqaza köçürülməsi planını “orada xristianlığı gücləndirmək və imkan daxilində müsəlmanlığı sıxışdırıb çıxarmaq” üçün irəli sürdü.

3. Rusiyanın erməni plasdarmını yaratması üçün ilkin olaraq Qarabağ seçildi. 1784-cü ildə knyaz Potyomkin orada müsəlman xanı devirməyi və “onun yerinə ermənilərdən hökmdar təyin etməyi ” planlaşdırırdı.

4. 1826-1828-ci illərdə İran ilə müharibə nəticəsində Rusiya İrəvan və Naxçıvan xanlıqlarını ələ keçirdi. Bundan dərhal sonra ermənilərin Cənubi Qafqaza kütləvi köçürülməsinə başlandı.

5. 1828-1830-cu illərdə İran və Türkiyədən 140.000-ə yaxın erməniköç etmişdir. Onlar Qarabağ, Naxçıvan və İrəvanda məskunlaşdılar. Rusiya hakimiyyəti erməni köçkünlərinə ən əlverişli şəraiti yaratdı: onlara ən yaxşı torpaqlar verildi, türklər oradan sıxışdırıb çıxarıldı; miqrantlar vergi ödəməkdən tamamilə azad edildi; aztəminatlı köçkünlərə o vaxtlara görə böyük məbləğ olan 25 rubl məbləğində yardım göstərildi. Yerli müsəlman əhalisi ilə olan münaqişələrin əksəriyyətində Rusiya hakimiyyəti erməniləri dəstəkləyirdi.

6. 1877-79-cu illər Rusiya-Türkiyə müharibəsindən sonra Kiçik Asiyadan Cənubi Qafqaza daha 200.000-ə yaxın erməni köçürüldü.

7. 1893-1894-cü illərdə Türkiyədə baş vermiş erməni iğtişaşlarından sonra növbəti köçkün axını Qafqaza üz tutdu.

8. Tək 1896-1908-ci illər ərzində Cənubi Qafqaza daha 000-dən çox erməni köç etdi.

9. 1911-ci ildə Cənubi Qafqazda yaşayan 1.300.000 erməninin bir milyondan çoxu yerli sakin deyildi.

10. 1947-ci ilin 23 dekabrında SSRİ Nazirlər sovetinin verdiyi 4083 saylı qərarı ilə ümumilikdə 100 min azərbaycanlı Ermənistandan Kür-Araz ovalığına köçürülüb. Qərara əsasən onların boşaltdığı evlərə xarici ölkələrdən köçürülən ermənilər yerləşdirilib.

# 3452 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #