Çinli paleontoloqlar tərəfindən Erkən Yura dövrünün eusauropod dinozavrının yeni cinsi və növü aşkar edilib.
Kulis.az xəbər verir ki, "Huashanosaurus qini" adlı yeni növün uzunluğu təxminən 12 metrə çatır.
Bu canlı, təxminən, 200-162 milyon il əvvəl Erkən Yura (Lias) və Orta Yura (Dogger) dövründə indiki Guangxi Muxtar Bölgəsində yaşayıb.
Belə ki, Donqşi kəndi yaxınlığındakı Vanqmen formasiyasının Huqiu karxanasında qismən skelet də daxil olmaqla iki nümunə tapılıb.
Qeyd edək ki, yeni növün kəşfi eusauropodların təkamül radiasiyasını aydınlaşdırmağa imkan verir.