XXI sərin əsrin ən çox satılan kitabları - Siyahı

XXI sərin əsrin ən çox satılan kitabları - Siyahı
14 iyun 2024
# 17:00

Kulis.az XXI əsrin ən çox satılan kitablarını təqdim edir.

1. "Bozun 50 çaları" - E.L.Ceyms - 150 milyon nüsxə

undefined

"Bozun Əlli Çaları" 22 yaşlı universitet məzunu Anasteyşa Stilin hekayətidir. Təsadüfən 27 yaşlı biznes-maqnat Kristian Qreydən müsahibə almağa yollanan qız az sonra mürəkkəb intim münasibətlərə cəlb olunur. Bəyəndiyi yaraşıqlı kişini sadomazoxist meyillərdən uzaqlaşdırmağa çalışan Anasteyşa Stil tədricən onun seks köləsinə çevrilir, lakin daha sonra normal eşq istəyi onu bu əsarətdən qurtulmağa sövq edir.

2. "Harri Potter və fəlsəfə daşı" - C.K.Roulinq - 120 milyon nüsxə

undefined

Coan Roulinq tərəfindən yazılmış Harri Potter romanlar seriyasından olan ilk romandır. Romanda gənc Harrinin sehrbaz olmasını öyrənməsi, Hoqvartsda dostlar tapması və ilk ildəcə düşmənlərlə qarşılaşmasından bəhs edilir. Dostlarının köməyi ilə Harri, onun valideynlərini öldürmüş, lakin zəifləmiş Lord Voldemortun geri qayıtmaq planının qarşısını alır.

3. "Alatoran" seriyası - Stefani Meyer - 120 milyon nüsxə

undefined

"Alatoran" romanlar seriyasının birinci kitabında Arizonadan Vaşinqtona köçən on yeddi yaşlı İzabella “Bella” Svonun vampir Edvard Kallenə aşiq olmasından sonrakı həyatı təsvir olunur.

4. "Da Vinçi şifrəsi" 0 Den Braun - 80 milyon nüsxə

Da Vinçi şifrəsi

"Da Vinçi şifrəsi" qısa zamanda insanlar arasında San Qril əfsanəsi və Mariya Maqdalenanın xristianlıq tarixindəki yeri barədə spekulyasiyalar yaradıb. Bununla birlikdə, kitab bir çox xristian məzhəbi tərəfindən Roma-Katolik kilsəsinə hücum olaraq dəyərləndirilib və bir çox ölkədə qadağan edilib.

5. "Aclıq oyunları" - Suzanna Kollins - 65 milyon nüsxə

undefined

Əsərdə hadisələr uzaq gələcəkdə, Cənubi Amerikada qiyamətdən sonra qurulan antiutopiya ölkəsi Panemdə yaşayan 16 yaşlı Ketnis Everdininin dilindən nəql olunur.. Ölkədəki siyasi nəzarəti yüksək inkişaf etmiş Kapitoliya idarə edir. "Aclıq oyunları" hər il Panemi əhatə edən 12 mahaldan seçilmiş 12-18 yaş arası bir qız və oğlanın ölümlə mübarizə apardıqları televiziya proqramıdır.

6. "Sapiens: Bəşəriyyətin qısa tarixi" - 23 milyon nüsxə

Sapiens / Bəşəriyyətin Qısa Tarixi

Harari kitabında Cared Daymondun "Tüfəng, Mikrob və Polad" kitabının onun üçün ən böyük ilham mənbəyi olduğunu yazıb və səbəb kimi çətin suallara elmi cavab vermənin mümkün olmasını göstərib.

# 1718 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #