İncəsənət məktəblərində pilot ixtisaslar üzrə tədris başlanacaq

İncəsənət məktəblərində pilot ixtisaslar üzrə tədris başlanacaq
14 noyabr 2025
# 17:30

Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən incəsənət məktəblərində yaradıcı sahələrdə peşəkar kadr hazırlığının gücləndirilməsi və innovativ tədris metodlarının tətbiqi məqsədilə növbəti tədris ilindən bir sıra pilot ixtisasların tədrisinə başlanacaq.

Kulis.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Məlumatda qeyd olunub ki, yeni ixtisaslara rəqəmsal incəsənət çərçivəsində qrafik və dəb dizaynı, elektron musiqi, foto və videoqrafiya, dekorativ tətbiqi sənət daxildir.

Bu ixtisaslar incəsənət məktəbləri ilə Yaradıcılıq Mərkəzinin birgə fəaliyyəti əsasında, yeni kurikulum tətbiq edilərək tədris olunacaq.

Qeyd edək ki, seçim zamanı həm müasir dövrün tələbləri, həm də valideynlərin çoxsaylı müraciətləri nəzərə alınıb.

# 137 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər