Çingiz Abdullayev gənc yazarı məhkəməyə verir - Fotolar

Çingiz Abdullayev gənc yazarı məhkəməyə verir - Fotolar
12 iyun 2019
# 17:27

Xalq yazıçısı Çingiz Abdullayev gənc yazar Elşad Baratı məhkəməyə verir.

Kulis.azın verdiyi xəbərə görə, Xalq yazıçısı gənc yazar Elşad Baratın onun haqda yazdığı statusa və paylaşdığı fotoya görə bu qərar gəlib.

Xatırladaq ki, Elşad Batat statusunda qeyd edib ki, Çingiz Abdullayev AYB-yə, gənc və kasıb yazıçı, şairlərə ayrılmış 800 min manatdan gedib özünə 6-cı maşını alıb... Bu da Çingizin 6-cı maşını. Nömrələrinə baxın hələ, əlində imkan var deyə restoranı arenda verir, büdcəni dağıdır...

Çingiz müəllimin statusa yazdığı şərhi korrektə səhvlərinə toxunmadan olduğu kimi təqdim edirik:

“Vicdansiz Elşad Barat! Sən mənim avtomobillərimin şəkili çəkmisən. Mən sənin kimi ahəmiyyətsiz bir adama cavab vermək məcburiyyətində deyiləm, ancaq başqalarina açiqlama vərirəm! Mənim "Cip" maşinim alti il bundan avvel alinib.Mənim sənədlərim var. Ağ "kamri" maşin isə şəxsən mənə aid deyil. Bu dövlət nömrəsidir! Mən öz ğəlirlərim həqqinda arayiş verə bilərəm.Sənin kimi istedadsizdan fərqli olaraq mən bütün dünyada çap olunuram! Sənin arenda haqqinda alçagcasina dediyin yalanlara cavab olaraq bildirmək istəyirəm ki, altmiş dörd yazar xəstəliyi ilə əlaqədər olaraq hər ay darman almaq uçun yardim alir! Azerbaycan Yaziçilar Birliyinin vəsaitindən uşaqlarinin mualicəsi uçun sənə 500 manat ayirmişiq! Anar muəllimdə öz şəxsi vəsaitindən sənə yardim de edib! Mən səni kimi böhtançini məhkəməyə verirəm!”

# 3634 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #