“Ayxan Ayvazın bu cür açıqlamalarına görə jurnalistləri və ondan istifadə edən bəzi yazıçıları qınayıram. O, cavandır, onun hisslərindən sui-istifadə etmək doğru deyil”.
Bu sözləri Kulis.az-a verdiyi açıqlamada Azərbaycan Yazıçılar Birliyinin (AYB) gənclər katibi Rəşad Məcid deyib.
Rəşad Məcid bildirib ki, Ayxan Ayvazın Anarın adını hallandırması tərbiyəsizlikdir: “Ev söhbətinin dərinliyindən xəbərim yoxdur. Amma onu bilirəm ki, rəhmətlik Arif Əmrahoğlu bu məsələnin həlli üçün çox çalışdı. İndi Ayxan bu məsələlərdə Anarın adını hallandırır, bu, tərbiyəsizlikdir. Bəzi adamlar onu içirdib Anar müəllimin üstünə göndəriblər. Mən o vaxt atasına da məsləhət görmüşdüm ki, oğlunu bu adamlardan uzaq tut”.
Xatırladaq ki, gənc yazar Ayxan Ayvaz “Yeni Müsavat” qəzetinə verdiyi müsahibədə AYB rəhbərliyi haqqında sərt fikirlər deyib.