Xalq artisti Fuad Poladov Akademik Milli Dram Teatrından istefa verməsi haqqında yayılan xəbərlərə aydınlıq gətirib.
Xalq artisti APA-ya açıqlamasında bildirib ki, teatrdakı işindən uzaqlaşıb:
“Bəli, yayılan xəbərləri təsdiqləyirəm, teatrdakı işimdən getmişəm. Rəsmi müraciət etməmişəm, ərizə yoxdur. Sabah son tamaşamdır, “Müsyo İbrahim və Quran çiçəyi” tamaşasında oynayacağam. Məsələnin təfərrüatı haqqında açıqlama vermək istəmirəm”.