Xalq Artisti Ələddin Abbasov dünyasını dəyişib

Xalq Artisti Ələddin Abbasov dünyasını dəyişib
14 iyul 2014
# 08:53

APA-nın qərb bürosunun verdiyi məlumata görə, məşhur "Dəli Kür" filmində "Cahandar ağa" obrazını canlandıran aktyor Ələddin Abbasov iyulun 13-də günorta saatlarında 92 yaşında vəfat edib.

Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımov bildirib ki, son vaxtlar aktyorun səhhətində problemlər yaranıb, yeriyə bilmirdi.

Ələddin Aslan oğlu Abbasov 5 may 1922-ci ildə Gəncədə anadan olub.

O, 1958-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1971-ci ildə isə xalq artisti fəxri adları ilə təltif olunub.

Aktyor “Dəli Kür” (Cahandar ağa), "Mən ki, gözəl deyildim" (İmran), "Özgə ömrü" (Ata), "Qatır Məmməd" (Məşədi Göyüş) və s. bədii filmlərə çəkilib, teatr səhnəsində yaddaqalan rollar oynayıb.

# 1527 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #