Sabah “Rafiq Tağı Mükafatı" təqdim olunacaq

Sabah “Rafiq Tağı Mükafatı" təqdim olunacaq
22 noyabr 2013
# 12:19

Sabah yazıçı, publisist Rafiq Tağının vəfat etməsinin ikinci ili tamam olacaq.

Dalğa Gənclər Hərəkatı ənənəyə sadiq qalaraq bu il də daha 4 nəfəri “Rafiq Tağı Mükafatı” ilə təltif edəcək.

Mükafatın sahiblərinin adı sabah saat 15:00-da Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat zalında açıqlanacaq.

Bundan əvvəl, saat 12:00-da Rafiq Tağının məzarı ziyarət olunacaq.

Dalğa Gənclər Hərəkatı 2012-ci ildə yazıçının xatirəsini əbədiləşdirmək məqsədi ilə “Rafiq Tağı Mükafatı” təsis edib. Ötən il bu mükafata Azərbaycan cəmiyyətinin aydınlaşması istiqamətində göstərdikləri xidmətə görə Ağalar Məmmədov, Elnur Astanbəyli və Seymur Baycan layiq görülüb.

# 1861 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #